SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kramnikin başına iş gəldi

Hollandiyan Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Masters" turnirində çıxış edən rusiyalı eks-dünya çempionu Vladimir Kramnikin başına iş gəlib. 

Chess.az  xəbər verirki, 2-ci turda yerli şahmatçı Aniş Giri ilə oyuna hazırlaşan Kramnikin eynəyi sınıb. Bu hadisə Kramnika oyun ərzində böyük çətinliklər yaradıb.   Şahmatçı özü bu barədə chess-news.ru saytına açıqlama verib : 

"Oyundan əvvəl eynəyimi silirdim ki, bir də gördüm eynəyim əlimdə ikiyə bölündü. Mən də tərslikdən ehtiyat eynəyi özümlə götürməyi unutmuşdum. Təbii ki buna görə uduzmadım, amma oynamaq çox çətin idi.  Əvvəl o qədər də hiss etməsəm də sonradan gözlərimdə dəhşətli ağrılar başladı. Belə vəziyətə öyrəşməmişdim. İki saatdan sonra isə artıq taxtanı görmürdüm. Bu anda dahi Smıslov yadıma düşdü, o da oynadığı son illərdə mənim kimi fiqurları görməkdə çətinlik çəkirdi." 

Qeyd edək ki, 2-ci tur çərçivəsində kerçirilən partiya hollandiyalı Aniş Girinin qələbəsi ilə nəticələndi. 









© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunurскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss