SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DİQQƏT ! Hava şəraitinə görə oyunlar təxirə salındı

Respublika Şahmat Mərkəzində keçirilən 16 yaşadək uşaqlar arasında beynəlxalq reytinqli şahmat turnirinin 17 və 18 yanvar 2019-cu il tarixdə keçirilməsi planlaşdırılan 4 və 5-ci turun oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb. 


Chess.az  xəbər verir ki, bu barədə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov öz feysbuk səhifəsində məlumat verib.


Azərbaycan Respublikasının baş nazir Novruz Məmmədov Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Sərəncamda baş nazir bildirir ki, Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.


Qeyd edək ki, turnirdə 4-cü turun oyunları 19 yanvar 2019-cu il tarixində saat 10:30-da keçiriləcək.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss