SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Arkadiy Dvorkoviç : "Londonda "zireh" "mərmiyə" qalib gəldi"

Foto (Eteri Kublaşvili)


FİDE prezidenti ArkadiyDvorkoviçin, adı çəkilən postda keçirdiyi 100 gün tamamlanıb. Dvorkoviç bu haqqda Rusiyanın "Sport-Ekspress" nəşrinin müxbiri Vladimir Barskiyə geniş müsahibə verib. 

Dvorkoviç müsahibəsində Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovu da unutmadı.

  

Chess.az həmin müsahibənin bəzi maraqlı məqamlarını sizə təqdim edir. 


Onlar olmasaydı çətin ki, seçkilərdə qələbə qazana bilərdim.  


–Bu günlərdə sizin bu posta təyin olunmağınızın 100 günü tamam oldu. Təbii ki, yubiley deyil , amma, istənilən halda ilkin nəticələr barədə danışaq. 


– Bəli.. Elə biz də bu yaxınlarda iclasda zarafatlaşırdıq ki, "əmrdən sonra 100 gün". O qədər hadisələr, görüşlər olub ki .. İnanmaq olmur ki,bunların hamısı 100 gün içində baş verib. Əslində FİDE-nin prezidentliyinə namizəd olduğum zamandan başlayaraq bütün dövr haqqında danışmaq daha doğru olardı. İlk olaraq məni bu posta namizəd kimi təqdim etdiklərinə görə, daha sonra isə namizədliyimi aktiv dəstəklədikləinə görə Rusiya Şahmat Federasiyasına və şəxsən onun prezidenti  Andrey Filastova öz təşəkkürümü bildirirəm.


– Namizəd olanda çoxlu səfərlər etmisiz. Çətin olmadı ?


– Əslində həyatda yeni nəsə öyrənmək mənə həmişə maraqlı gəlib. Son il yarımda mən onlarla Avropa,Asiya,Afrika və Latın Amerika ölkələrində səfərdə oldum. Bircə Avstraliyaya gedib çıxa bilmədim ! Mənim komandama isə xüsusi təşəkkür düşür.  Bu müddət ərzində onlar çox böyük işlər gördü : Mahir Məmmədov,Başar Kuatli,Ju Çen,Viorel Boloqan,Emil Sutavskiy, dostum İqor Koqan ,RŞF və digərləri. Onlar olmasaydı çətin ki, seçkilərdə qələbə qazana bilərdim.  


– Seçkilərdə əsas rəqibiniz Georgius Makropulos əvvəl seçkilərdə iştirak etmək istəmədiyini bildirmişdi. Sonradan isə seçkilərə qatıldı və hətta məğlub olmağını məhkəmələrə qədər daşıdı.Onnan bunu gözləyirdiz?


– Hər halda şahmat dünyasında yeni deyiləm və sürprizlərə hazır idim. Hüquqşünaslarımız bizə ünvanlanan bütün sualları cavablandıra bildilər. Əminəm ki,biz bundan sonra da bütün fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edəcəyik. Biz hər zaman hər kəsi dinləməyə hazırıq. 


Qadınlar da kişilərin formatına keçir.

-Son üç ayda FİDE bir neçə böyük turnir keçirdi. Xantı-Mansiysk şəhərində qadınların Dünya Çempionatlarını , Londonda şahmat tacı uğrunda matç və Sankt-Peterburqdakı Rapid və Blitz üzrə Dünya Çempionatlarını. Təşkilatçılıqdan məmnun qaldınızmı?

– Xantı-Mansiyskda hər zamanki kimi hər şey yüksək səviyədə idi. Qubernator Natalya Komarovaya təşəkkür edirəm. Bu il sentyabr ayında Yuqrada Dünya Kuboku ,2020-də isə orada Dünya Şahmat olimpiadası keçiriləcək. Bu yarışlara hazırlıqlara start verilib. Böyük maraqla Yu Venyunla Laqno arasında keçirilən dünya Çempionatının final matçını izlədim. Yekaterina üstün idi ,amma görünür sonda gücü çatmadı. .Venyun əvvəlcə hesabı bərabələşdirdi sonra tay brekdə qələbə qazanaraq Dünya çempionu oldu.Yu Venyunu qələbə münasibətilə bir daha təbrik edirəm. Nəzərə alaq ki , Yekaterina Laqno yarışdan cəmi bir ay əvvəl dördüncü dəfə ana olmuşdu. Buna baxmayaraq gözəl oyun göstərərək finala qədər irəliləməyi bacarmışdır. Laqno da ən xoş sözlərə layiqdir. İlin sonunda isə Blitz üzrə dünya çempionu adını qazandı. 


–Qadınlar arasında Dünya Çempionatının formatında dəyişiklik etmək qərarına hansı səbəbdən qaynaqlanır ?


– Çoxları deyirdi sistem çox qarışıq idi. Ona görə də bu ildən biz kişilərin sisteminə keçirik. Çempion öz adını İddiaçılar turnirinin qalibi ilə matçda qoruyacaq.İddiaçılar turnirinə isə reytinq və Dünya kubokunun nəticələrinə görə qatılmaq mümkün olacaq. Bunun heç kəsə ziyanı olmayacaq, bundan əlavə qadınlar üçün mükafat fondu 200 000 dollar olan yeni turnir yaranacaq. Bu arada Tatarstan Respublikasının prezidenti Rüstəm Minixanova İddiaçılar turniri qəbul etməyə hazır olduğu üçün təşəkkür edirəm


Londonda "zireh" "mərmiyə" qalib gəldi ! 

-Maqnus Karlsenlə Fabiano Karuananın arasında keçirilən final matçının 12 partiyasında heç-heçələr qeydə alındı. Bu da çoxlu tənqid olundu. Siz final qarşılaşmasının finalının formatında dəyişikliklər edəcəksiz?

– Final matçı çox maraqlı və gərgin mübarizə şəraitində keçdi. Həm çempion həm iddiaçı finala layiq oyun göstərməyi bacardılar.  12 heç-heçə sadəcə bir təsadüfdür. İlk partiyada Karlsenin böyük üstünlüyü var idi və o bu üstünlüyü qələbəyə çevirə bilsəydi hər şey tam fərqli olacaqdı. Sonraki partiyalarda da hər iki şahmatçının qələbə şansı var idi amma nə etmək olar "zireh" "mərmiyə" qalib gəldi. Final matçlarının keçirilməsinin uzun tarixi var . Belə demək mümkündürsə bu format artıq bir brendə çevrilib. Əgər bir dəyişiklik olacaqsa belə biz bunu çox ehtiyatlı etməliyik. Bir çox şahmat mütəxəsisi ilə müzakirələr aparılacaq və sonra qərar qəbul ediləcək.


– Final matçının təşkilatçılığı yüksək səviyədə idimi?


– FİDE köhnə rəhbərliyi dövründə İddiaçılar turnirlərini və final matçlarının təşkilatçılığını World Chess kompaniyasına həvalə etmişdir. 2018-ci ildə Berlində keçirilən İddiaçılar turniri həm oyunçular, həm də tamaşaçılar tərəfindən çoxlu sayda narazılıqlara səbəb olmuşdu. Təbii ki bu hal sponsorları da narazı salır. Biz əvvəlcə bu yarışların keçirilmə hüququnu özümüzə qaytarmalıyıq. Daha sonra isə tender vasitəsilə təşkilatçı seçməliyik. Bu daha yaxşı variantdır. Bir çox federasiyalarda məhz bu üsüldan istifadə olunur. 


– Çoxdandır  belə ajotaj yaşanmırdıRapid və Blitz üzrə dünya çempionatının xilasetmə əməliyatı necə keçirildi ? 

– Xilasetmə?Ümumilikdə uğurla keçdi deyə bilərik. FİDE ilə razılaşmaya görə bu yarış 2018-2020-ci illərdə Səudiyə Ərəbistanında keçirilməli idi.  Ər-Riyadda keçirilən  çempionat çox yaxşı təşkil olunmuşdu. Amma siyasi səbəblərə görə İsrail ,İran və Qətər şahmatçıları orada iştirak edə bilməmişdilər. Bundan əlavə digər ölkələrdən bəzi  şahmatçılar etiraz əlaməti olaraq Dünya birinciliyinə qatılmaqdan imtina etmişdilər. Bizi isə çalışırıq ki, bütün şahmatçılar istənilən yarışda iştirak edə bilsin. Yaxşı ki, kompromis tapa bildik. Dünya Çempionatı Rusiyada amma Səudiyyə Ərəbistanı kralı Salamanın patronajı altında keçirildi. Məhz buna görə büdcədən bir qəpik belə xərcləmədən 1 milyon 150 min dollar məbləğindəmükafat fondu olan çempionat keçirə bildik


– Sankt-Peterburq əhalisin çempionata belə gücül maraq göstərəcəyi gözlənilirdimi?


– Bu mənim üçün xoş sürpriz oldu. Hər gün mərəkəzi maneja minlərlə tamaşaçı toplaşırdı. Çoxdandır bizdə belə ajotaj yaşanmırdı. Hər şey yaxşı alındığı üçün şadam. Başda dünya çempionlar Maqnus Karlsen və Yu Venyuna olmaqla,mbütün şahmatçılara gəlib iştirak etdikləri üçün öz təşəkkürümü bildirirəm. Yəqin ki, FİDE ilə Səudiyə Ərəbistanı arasında əməkdaşlıq 2019-cu ildə də davam edəcək. 


Bu sahədə FİDE 15 il geri qalırdı. 

-FİDE-də başqa nə dəyişiklər oldu bu müddət ərzində?

– Uzun illərdir ki, FİDE nin normal bank hesabı belə olmamışdır. Bu problemi həll etdik. FİDE ilə bir neçə Milli Federasiya arasında müqavilələr imzalanıb. 2019-cu il üçün büdcə qəbul olunub. Qeyd edim ki, builki büdcə ötənilkində 2.5  dəfə artıqdır. İndi FİDE-nin mənzil qərargahının Afinadan Lozannaya köçürülməsi ilə məşğuluq. Bildiyiniz kimi Lozannada BOK,FİFA kimi idman təşkilatlarının mərkəzi ofisləri yerləşir. İnternetdəki aktivliyimiz xeyli artdı.Bu sahədə FİDE 15 il geri qalırdı. Son aylar sosial şəbəkələrdə  aktivlik 200-300 % faiz artıb. Bundan başqa internet istifadələri üçün bir neçə yeni onlayn proyektlər üzərində işlərə başlanılıb.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunurскачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss