SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

EKSKLÜZİV ! Şahmatçımızın uçduğu təyyarə məcburi eniş edib ! (FOTO)

Bu gün start götürəcək "Qibraltar Masters" turnirindən öncə kuryoz olay yaşanıb.


Maraqlısı odur ki ,həmin hadisə azərbaycanlı şahmatçı Rauf Məmmədov və onun həyat yoldaşı Natalya Buksa ilə bağlıdır. 

Chess.az xəbər verir ki ,dünən həyat yoldaşı ilə birlikdə Qibraltar Şahmat Festifalında iştirak etmək üçün Lvov-İstanbul aviareysi ilə turnirə yola düşən Rauf Məmmədovun təyyarəsi, Rumıniyanın paytaxtı Buxarest şəhərində məcburi eniş etməli olub. Buna səbəb isə sərnişinlərdən birinin özünü pis hiss etməsi oldu. Vaxt itkisinə görə Raufla Natalya İstanbuldan Malaqaya uçacaqları reysə də gecikiblər və nəticədən Malaqaya bir gün sonra , yani bu gün gəib çıxa biliblər.

 Chess.az saytına verdiyi açıqlamasında Rauf özü olay barədə bunları deyib :"Dünən Lvov-İstanbul reysində bir sərnişin halı pisləşib və biz Buxarestdə məcburi eniş etməli olduq. Buna görə də İstanbul-Malaqa reysinə gecikdik və ora bir gün sonra uçmalı olduq. Malaqaya bu gün çatdıq və ilk tura çatmırıq. Təşkilatçıları da məsələ ilə bağlı xəbərdar etdik . İlk dəfədir ki başıma belə bir iş gəlir. Ümid edirəm ki ,həmin sərnişin vəziyyəti yaxşıdı, hamımız ona görə çox narahat idik" . Turnirə gecikən cütlük ,yarışa sabah keçiriləcək 2-ci turdan qoşulacaq. Turnirdəki digər təmsilçimiz Arkadiy Naydiç isə , bu gün saat 18:00 da ilk turda ispaniyalı Sabrina Veqa il qarşılaşacaq. Qeyd edək ki, turnirdə 57 ölkədən 249 şahmatçı mübarizə aparacaq. Onların arasında fransız Maksim Vişye-Laqrav, amerikalılar Hikaru Nakamura və Vesli So, ukraynalı Vasiliy İvançuk ,ingilis Maykl Adams kimi güclü şahmatçılar da yer alır 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


   


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss