SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE yeniyetmə Əlillər üçün Dünya çempionatını təşkil edir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fiziki qüsurlu yeniyetmə şahmatçıların 3-cü Dünya çempionatının yerinin və tarixlərin açıqlayıb.

Chess.az xəbər verir ki, builki yarış ABŞ-nən Çerri Hill şəhərində keçiriləcək. Yarış iyulun 9-dan 15-dək davam edəcək. İndiyədək cəmi iki dəfə keçirilən Dünya birincikləri  çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Ali şahmat qurumunun rəsmi internet səhifəsində qeyd olunduğu kimi, FİDE idmanda bərabərlik prinsiplərini önə çəkərək bundan sonra əlil idmançıların yarışlarına xüsusi diqqət ayıracaq. Dünya Çempionatının gedişində FİDE-nin Əlil İdmançılarla iş üzrə komissiyasının sədri Tomas Lüsterin yeniyetmə şahmatçılar üçün seminarın keçirilməsi də nəzərdə tutulub. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur






скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss