SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FIDE "World Chess" şirkəti ilə anlaşdı


Beynəlxalq Şahmat Federasiyasının rəsmi internet səhifəsi World Chess şirkəti ilə yeni əməkdaşlıq formatının detallarını açıqladı.

FİDE prezidenti Arkadiy Dvorkoviçlə " World Chess" sirkətinin indiki rəhbəri olan İlya Merenzonla aylardı ki davam edən diskusiyalar nəhayət sona çatdı. Beynəlxalq Şahmat Federasiyasının rəsmi internet səhifəsi World Chess şirkəti ilə yeni əməkdaşlıq formatının detallarını açıqladı.

 Yani anlaşmaya əsasən FİDE Dünya Çempionu adı uğrunda final matçlarının və İddiaçılar turnirlərinin keçirilməsinin tamhüquqlu sahibi oldu . World Chess sirkəti isə çempionluq seriyasına daxil olan 2019 və 2021-ci illərin "Gran Pri" turnirlərinin eksklüziv təşkilatçısı olacaq .Buna baxmayaraq World Chess sirkəti final matçlarının və İddiaçılar turnirindən gələn gəlrdən pay alacaq. 

World Chess , FİDE-nin rəhbərliyi altında Dünya Çempionatları üçün sponsorların cəlb olunması ilə bağlı məşqul olacaq. 

Bundan əlavə FİDE ilə World Chess şahmat videokontektlərin tamaşaçılar üçün daha da maraqlı və baxımlı edilməsi yönündə birgə işlər aparacaqlar. 

Yeni razılaşmaya əsasən, World Chess FİDE nin rəsmi yayımçı hüququnu qazanır (İddiaçılar turniri,DÇ final matçı,Dünya kuboku və Olimpiadalar istisna olmaqla). Və şirkət FİDE nin yeni tələblərinə uyğun olaraq ,yeni formatda video videjetlər hazırlayacaq. Vidjetlər vasitəsilə aparılacaq canlı yayımlar bütün dünyada fəaliyyət göstərən KİV-nə və saytlara pulsuz olaraq təqdim olunacaq. 

Xəbərdə tərəflər arasında maliyə məsələlərində də razılıq əldə olunduğunu deyilir. Maliyə detalları mətbuata açıqlanmasa da, hər iki tərəfin bu razılaşmadan məmnun qaldıqları açıqlanıb. Sözügedən razılaşma artıq FİDE-nin idarə heyəti tərəfindən də təsdiqlənib.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss