SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Vladimir Borisoviç, hara gedirsiniz?", "Əzizim Volodya"

Məhşur şahmatçılar Kramnikin gedişini şərh edirlər

Şahmat üzrə 14-cü Dünya çempionu olan rusiyalı Vladimir Kramnikin  karyerasına son qoyduğunu açıqladıqdan sonra, bir çox məhşur şahmatçı sosial şəbəkədə onun bu qərarını şərh ediblər. 


Qrossmeyterimiz Rauf Məmmədov öz tvitter hesabında Kramnikə belə səsləndi: "Vladimir Borisoviç, hara gedirsiniz? Sizi izləmək El Klassikonu izləməkdən daha maraqlı idi.Qayıdın !"


Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov da feysbuk səhifəsində yaxın dostu olan Kramniklə bağlı paylaşım edib:"Əzizim Volodya, yeni həyatında uğurlar arzu edirəm"




13-cü Dünya Çempionu olmuş, əslən Bakılı olan Gari Kasparov da Kramnikin gedişi barədə maraqlı paylaşım edib :"İstefada olan Dünya Çempionları klubuna xoş gəlmisən!". 




Veyk-an-Zee turnirin son turunda  Kramniklə qarşılaşan amerikalı şahmatçı Sem 

Şanklanda isə, öz statusunda Kramnikin prosfessional karyerasında son rəqibi olduğundan xoşbəxtlik hissi keçirdiyini açıqlayıb: 

"Mənim uşaqlıq qəhrəmanım olan Kramnikin professional karyerasında son rəqib olmağım, mənim üçün böyük şərəfdir". 



Hindistanı eks-dünya çempionu Vişvanatan Anand da yarışlarda Kramnikin zarafatları üçün çox darıxacağını deyib.  





Qeyd edək ki, Kramnik Veyk-az-Zee turniri başa çatdıqdan sonra ,professional şahmatçı karyerasını bitirdiyini açıqlayıb. 

Vladimir Kramnik bundan sonra FİDE-də ,qurumun prezident Arkadiy Dvorkoviçin məsləhətçisi postunda çalışacaq. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss