SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DTX-nın Mədəniyyət Mərkəzində "Gənclər Günü" . Qrossmeyster 38 taxtada seans verdi.

Bu gün ölkədə qeyd olunan Azərbaycan Gəncləri Günü münasibətilə , Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Gələcəyin gəncləri. Qrossmeysterlə birgə” adlı uşaq şahmat turniri keçirilib.

Turnirdə Milli komandamızın üzvü ,üçqat Avropa çempoinu olmuş qrossmeyster Qədir Hüseynov ,eyni anda 38 taxtada uşaqlarla seans oyunu keçirib. Seansda əsasən DTX Mədəniyyət Mərkəzinin şahmat bölməsinin tələbələri və digər klublardan bir neçə perspektivli şahmatçı iştirak edib. 

Turnirin açılış mərasimində çıxış edən DTX Mədəniyyət Mərkəzinin rəisi ,Əməkdar artist Cabir İmanov və Mərkəzin Şahmat klubunun rəhbəri ,Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov , 2 fevral – Azərbaycan Gəncləri Gününün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə təsis edildiyini və prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasətinin uğurla davam etdiyini vurğulayıblar.Daha sonra Mərkəzin rəisi və klubun rəhbəri iştirakçılara turnirdə və gələcək karyeralarında uğurlar arzulayıb.

Qrossmeyster Qədir Hüseynov da öz çıxışında , Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən şahmat turnirində iştirak etməkdən məmnun olduğunu bildirib.Qrossmeyster , şahmatın təbliğində və inkişafında master-klassların əhəmiyyətini xüsusi vurğulayıb və iştirakçılara gələcək karyeralarında uğurlar arzu edib. 


 






скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss