SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

11 yaşlı Səmra Qasımova qrossmeysterlərdən üstün oldu !(CANLI.YENİLƏNİR))

(Foto :Lana Əfəndiyeva)


Azərbaycan Şahmat Federasiyasında keçirilən qadınlar arasında Ölkə çempionatı davam edir. 


Chess.az xəbər verir ki , bu gün keçirilən 4-cü turun oyunları çərçivəsində çempionatın vahid lideri olan Zeynəb Məmmədyarova ilk məğlubiyyətini aldı. Zeynəb, ölkənin ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadəyə (2422) məğlub oldu.  Qazanılan qələbə sayəsində Günay Məmmədzadə 3.5 xalla yarışın lideri oldu. Günayı aktivlərində 3 xalları olan Zeynəb Məmmədyarova,Gövhər Beydullayeva və Ayan Allahverdiyeva üçlüyü izləyir. Çempionatda uğurlu çıxışı ilə diqqətləri özünə cəlb edən 11 yaşlı Səmra Qasımova isə ardıcıl dördüncü dəfə qrossmeysterlə qarşılaşıb. Bu dəfə balaca Səmranın rəqibi təcrübəli Türkan Məmmədyarova oldu. Maraqlı keçən partiyanın sonunda tərəflər heç-heçəyə razılaşıblar. Səmra hal hazırda 2.5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, çempionatda iştirak edən dörd qrossmeysterin dördü ilə də qarşılaşan Səmra ,ümumi hesabda onlardan üstün oldu! 2 qələbə,1 heç-heçə və 1 məğlubiyyət. 

Sabah çempionatın 5-ci turun oyunları keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.


5-Cİ TUR (CANLI)
4 TURDAN SONRA TURNİR CƏDVƏLİ 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss