SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Prix 2019" . Moskvada başlayıb Tel-Əvivdə bitəcək.

FIDE və"World Chess"şirkəti 2019-cu il "GranPrix"seriyasının keçiriləcək şəhərləri və tarixlərini açıqlayıblar. 

Formatında bəzi dəyişikliklər olunan seriya ,əvvəlki kimi dörd mərhələdən ibarət olacaq. "Grand Prix 2019" seriyasının oyunları Rusiya,Latviya,Almaniya və İsraildə keçiriləcək:


1-ci mərhələ :  Rusiya (Moskva)16-30 may;

2-ci mərhələ :  Latviya (Yurmala)11-25 iyul;

3-cü mərhələ:  Almaniya (Hamburq)  4-18 noyabr;

4-cü mərhələ: İsrail (Tel-Əviv)        10-24 dekabr.


Qeyd edək ki, bu il keçiriləcək Qran-Pri seriyasında 20 şahmatçı iştirak edəcək. Hər bir şahmatçı dörd mərhələdən yalnız üçündə iştirak edə bilər. Təmsilçilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov builki seriayaya dəvət alanlar sırasındadır. Bundan əlavə, FİDE-nin dərc etdiyi 12 nəfəlik rezerv siyahıya şahmatçımız Arkadiy Naydiç adı salınıbr. Xatıraladaq ki ,2017-ci ildə keçirilən sonuncu "Grand Prix" seriyasının qalibi qrossmeysterimiz Şəhriyar Məmmədyarov olmuşdur. Digər təmsilçimiz Teymur Rəcəbov isə həmin seriyanı üçüncü pillədə bitirmişdir. 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss