SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Martda başlayır !

Mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənnənvi "Shamkir Chess 2019" supertunirinin keçiriləcəyi tarixlər və iştirak edəcək şahmatçıların adları məlum oldu

Chess.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə , 6-cı Vüqar Həşimov Memorialı bu ilin martın 31-də Şəmkir şəhərində start götürəcək. Turnirin başlayacağı tarix məlum olsa da ,iştirak edəcək şahmatçıların siyahısı hələ tam dəqiqləşməyib. Buna baxmayaraq , builki turnirdə dünya çempionu Maqnus Karlsenin, eks-dünya çempionu Vişvanatan Anandın ,hollandiyalı Aniş Girinin ,çinli Dinq Liren ,rusiyalı Aleksandr Qrişyuk və iki həmyerlimiz, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirak edəcəyi demək olar ki, rəsmiləşib. Turnir iştirakçılarının yekun siyahısı və dəqiq tarixləri barədə Azərbaycan Şahmat Federasiyası tərəfindən yaxın günlərdə məlumat veriləcəyi gözlənilir. Qeyd edək ki ,ötənilki Şəmkir superturnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdur. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss