SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Aeroflot Open 2019" Məhəmməd Muradlı 3-cü oldu !

Bü gün Rusiyanın paytaxtı Moskvada şəhərində ənənəvi "Aeroflot Open" şahmat turniri başa çatdı.

Chess.az xəbər verir ki , yarışın son günündə "A" qrupunda iştirak edən təmsilçilərimiz Rauf Məmmədov hindistanlı Babu Laliti məğlub edib, Eltac Səfərli isə son turda iranlı Amirreza Purramezanalı ilə heç-heçə edib. Yekunda Rauf Məmmədov 5 xalla turnirdə 40-cı, Eltac Səfərli isə 4 xalla 75-ci oldular. Builki "Aeroflot Open" turnirinin qalibi isə gözlənilmədən estoniyalı Kaido Kulatos oldu.

"A" turniri ilə parallel keçirilən  "B" turniri isə təmsilçilərimiz üçün daha uğurlu alındı. iri mükafatçıların sırasına düşməyi bacardı. Yarış boyu inamlı oyunu ilə seçilən 2019-cu il Azərbaycan Çempionu 15 yaşlı Məhəmməd Muradlı ,mükafatçıların sırasın düşəyi bacardı. 6.5 xal toplayan Məhəmməd ,yalnız əlavə göstəricilərə görə erməni Tiqran Harutyunandan geri qalaraq mötəbər yarışda üçüncü yer tutdu. "B" qrupunda keçirilmiş yarışın qalibi isə ,7.5 xalla ukraynalı qrossmeyster Stanislav Boqdanoviç oldu.  Yarışda uğurlu çıxış edən digər şahmatçımız Vüqar Əsədli yekun cədvəldə 6 xalla 9-cu oldu. 

Digər şahmatçılarımızın nəticələri : 21.Aydın Süleymanlı 5.5 xal , 82. Xanım Balacayeva 4 xal , 114.Read Səmədov 3 xal , 115. Ülviyyə Fətəliyeva 3 xal. 

 

"AEROFLOT OPEN 2019" NƏTİCƏLƏR 

--------------------------------

Chess.az xəbər verir ki , səqqiz gündür Moskvada davam edən mötəbər turnir başa çatmaq üzrədi. Bu gün yarışın 8-ci turun oyunları keçirildi ,sabah isə yarışa yekun vurulacaq.Təsüüf ki, "A" qrupunda iştirak edən təmsilçilərimiz Rauf Məmmədov və Eltac Səfərli 8-ci turda da uğursuzluq zolağından çıxa bilmədilər. Rauf bu gün ispaniyalı Ruizlə heç-heçə edib,Eltac isə özbək Əbusəttarova məğlub oldu. Beləliklə, yarışın son oyun günündə öncə  Rauf Məmmədov 4 xalla turnir cədvəlinin 51-ci, Eltac Səfərli isə 3.5 xalla 76-cı pillədə qərarlaşıblar. Sabah keçiriləcək sonuncu turda Rauf hindistanlı Babu Lalitlə ,Eltac Səfərli isə iranlı Amirreza Purramezanali ilə qarşılaşacaqlar.

  

Turnirin "B" qrupunda inamlı oyunu ilə seçilən 15 yaşlı Azərbaycan çempionu  Məhəmməd Muradlı, bu gün rusiyalı Sergey Drıqalovla heç-heçə edib. Yarım xal itirməyinə baxmayaraq ,Məhəmməd mükafatçılar sırasına düşmək uğruna mübarizəni davam etdirir. Aktivində 6 xalı olan Muradlı hazırda turnir cədvəlinin 2-5-ci yerləri bölüşür. Yarışda uğurlu çıxış edən digər şahmatçımız Vüqar Əsədli bu gün Məhəmmədin rəqibi  Sergey Drıqalovun qardaşı Andrey Drıqalovla heç-heçə edib. Hazırda Vüqar 5.5 xalla 6-16-cı yerləri bölüşür. 

Digər şahmatçılarımızın nəticələri : 19.Aydın Süleymanlı 5 xal , 77. Xanım Balacayeva 4 xal , 103.Read Səmədov 3 xal , 123. Ülviyyə Fətəliyeva 2 xal.  

Sabah "Aeroflot Open" turnirinini sonuncu turun oyunları keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 16:00-da başalayacaq.

"A" QRUPU : 9-CU TUR (CANLI)
"B" QRUPU : 9-CU TUR 

-------------------------

Chess.az xəbər verir ki ,davam edən şahmat turniri başa çatmaq üzrədi. Bu gün yarışın 8-ci turun oyunları keçirilir. Təsüüf ki, "A" qrupunda iştirak edən təmsilçilərimiz Rauf Məmmədovla Eltac Səfərlinin qeyri sabit oyunu davam edir. Aktivlərində cəmi  3.5 xalları olan təmsilçilərinmiz hazırda turnir cədvəlində 43-61-ci yerləri bölüşürlər. Bu gün keçiriləcək tur çərçivəsində Rauf Məmmədov ispan Ruiz Miqel Santosla ,Eltac isə özbək Nodirbek Əbusəttarovla qarşılaşacaqlar. Yarışa isə, aktivlərində 5.5 xalları olan eston Kaido Kulaots,hindistanlı Krişnan Sasikirna və erməni Haik Martirosyan başçılıq edirlər.  

"A" qrupundan fərqli olaraq, yarışın "B" qrupunda bəzi şahmatçılarımız kifayət qədər uğurlu çıxış edirlər.  Azərbaycan çempionu Məhəmməd Muradlı turnirdə keçirdiyi 7 oyundan 5.5 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Sona iki tur qalmış Məhəmmədi yarışın lideri olan ukraynalı Stanislav Boqdanovskiydən cəmi bir xal ayırır. Digər təmsilçimiz Vüqar Əsəsdli də inamlı oyunu sayəsində hazırda 5 xalla 8-ci pillədə qərarlaşıb. Aydın Süleymanlı 4 xalla 33-cü, Xanım Balacayeva 3.5 xalla 78-ci ,Read Səmədov 2 xalla 116-cı, Ülviyyə Fətəliyeva isə 1.5 xalla 125-cidi.  

8-ci turun oyunları Bakı vaxtı ilə saat 16:00-da başalayacaq.

"A" QRUPU: 8-CI TUR (CANLI)
"B" QRUPU :8-Cİ TUR 

------------------------

Chess.az xəbər verir ki ,Rusiyanın paytaxtı Moskva şəhərində  davam edən şahmat turnirində bu gün 7-ci turun oyunları keçiriləcək. Təsüüf ki, "A" qrupunda iştirak edən təmsilçilərimiz Rauf Məmmədovla Eltac Səfərlinin çıxışı heç də ürəkaçan deyil. Rauf 6 turdan sonra cəmi 3 xalla 52-ci,Eltac isə 2.5 xalla 75-ci mövqedə qərarlaşıblar. Bu gün keçiriləcək 7-ci tur çərçivəsində şahmatçılarımız özbəklərlə oynayacqqlar. Rauf Məmmədov  Nodirbek Əbusəttarovla ,Eltac Səfərli isə Özbəkistanı təmsil edən başqa bir şahmatçı Şəmsəddin Vohidovla qarşılaşacaqlar.  

Yarışın "B" qrupunda gənc şahmatçımız Məhəmməd Muradlı 6 turdan sonra 4.5 xalla 3-11-ci yerləri bölüşür,Vüqar Əsədli 4 xalla 17-ci,Aydın Süleymanlı 3.5 xalla 32-ci,Xanım Balacayeva 3 xalla 74-cü,Read Səmədov 2 xalla 109-cu,Ülviyə Fətəliyeva isə 1.5 xalla 123-cü pillədə qərarlaşıblar. .

7-ci turun oyunları Bakı vaxtı ilə saat 16:00-da başalayacaq.


"A" QRUPU: 7-CI TUR (CANLI)
"B" QRUPU :7-Cİ TUR 

-------------------------------------------------------------------------------

Chess.az xəbər verir ki ,bu gün Moskvada davam edən turnirin "A" qrupunda  iki tur oynanılıb. Buna səbəb məlum isə, məlum "telefon terroçuların" zəngindən sonra yarışın bir gün gec başlaması olub. Rauf Məmmədov bugünkü iki oyunluq seriyada qələbə qazana bilməsə də,məğlub da olmayıb. Səhər keçirilən 4-cü turda alman Rasmus Svanla ,günortadan sonra isə  erməni Tiqran Petrosyanla heç-heçə edən Rauf xallarının sayını 3-ə çatdırıb. Eltac Səfərli isə, bu gün çox uğursuz oynadı. 4-cü turda braziliyalı Fierə məğlub olan Eltac ,5-ci turda yeniyetmə rus şahmatçı Volodar Murzinlə bacara bilməyib (heç-heçə). Keçirilən beş turdan sonrsa Rauf Məmmədov 3 xalla 36-cı,Eltac Səfərli isə 2 xalla 84-cü mövqedə qərarlaşıblar. 

Yarışın  "B" qrupunda gənc şahmatçımız Məhəmməd Muradlının göstərdiyi performans sevindirir. Birinci turda hindistanlı Karthikeyanla heç-heçədən sonra, Məhəmməd ardıcıl üç qələbə qazanaraq hazırda 3.5 xalla turnir cədvəlində 2-6-cı yerləri bölüşür. Daha bir gənc şahmatçımız Vüqar Əsədli ardıcıl olaraq iki qələbə sayəsində ,hazırda 3 xalla 7-21-ci yerləri bölüşür. Aydın Süleymanlı 2.5 xalla 24-cü, Read Səmədov və Ülviyyə Fətəliyeva 1.5 xalla 77-108- ci yerləri bölüşürlər, Xanım Balacayeva isə təsüüf ki,imkanlarından xeyli zəyif çıxış edərək hazırda aktivində cəmi 1 xalla autsayderlər qrupunda yer alır.

Növbəti turun oyunları sabah Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.

"A" QRUPU: 6-CI TUR (CANLI)
"B" QRUPU :5-Cİ TUR 

------------------------------------------------------------------------------

VİDEOYAYIM

"A" QRUPU: 4-CÜ TUR (CANLI) 
"A" QRUPU: 5-Cİ TUR (CANLI) 
"B" QRUPU :4-5-Cİ TUR  


-----------------------------------------

Chess.az xəbər verir ki ,bu gün yarış çərçivəsində dünən keçirilən 2-ci turun oyunları çərçivəsində, yarışın "A" qrupunda mübarizə aparan  təmsilçilərimiz qələbə qaza bilməyiblər. Rauf Məmmədov rumın Boqdan Deakla heç-heçə edib ,Eltac Səfərli isə hindistanlı Çitanbaram Aravindxla məğlub olub. 

Yarışın  "B" qrupunda mübarizə aparan 6 şahmatçımızdan isə ,dünən yalnız ikisi qələbə qazana biliblər. Azərbaycan çempionu Məhəmməd Muradlı və gənc şahmatçı Aydın Süleymanlı öz rəqiblərini məğlub etməyi bacarıblar. İlk turda qələbə qazanan Vüqar Əsədli bu dəfə məğlub oldu. Ülviyyə Fətəliyyeva,Xanım Balacayeva və Read Səmədov üçün də ikinci tur uğursuz alındı. 

Bu gün "Aeroflot Open" şahmat turnirində 3-cü turun oyunları keçiriləcək.  Turnirin  "A" qrupunda Rauf Məmmədov alman Aleksandr Donçenko ilə, Eltac Səfərli isə ispan Miqel Santos Ruislə qarşılaşacaqlar. 

Oyunlar Bakı vaxtı ilə saat 16:00-da başlayır.

 

"A" QRUPU: 3-Cİ TUR (CANLI)  

"B" QRUPU : 3-Cİ TUR   

 VİDEOYAYIM

-----------------------------------------------

Chess.az xəbər verir ki ,dünən keçirilən birinci turun oyunları çərçivəsində, yarışın "A" qrupunda mübarizə aparan hər iki təmsilçimiz qələbə qazanıblar. Rauf Məmmədov rusiyalı Lomasovdan, Eltac isə erməni Aram Hakobyandan güclü oldu. Bu gün keçiriləcək 2-ci turun oyunları çərçivəsində Rauf Məmmədov rumın Boqdan Deakla ,Eltac Səfərli isə hindistanlı Çitanbaram Aravindxla qarşılaşacaqlar. 

Turnirin "B" qrupunda mübarizə aparan 6 şahmatçımızdan dünən yalnız biri qələbə qazana bilib. Gənc şahmatçımız Vüqar Əsədli rusiyalı Ruslan Yandarbiyevdən güclü oldu. Təmsilçilərimiz Məhəmməd Muradlı ,Aydın Süleymanlı ,Read Səmədov və Ülviyyə Fətəlliyevanın ilk turdakı oyunları heç-heçə ilə nəticələndi. Xanım Balacayeva isə çinli Ninq Kayuya məğlub oldu. 

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 16:00-da başlayır. 


"A" QRUPU: 2-Cİ TUR (CANLI)
 VİDEOYAYIM
"B" QRUPU : 2-Cİ TUR

-------------------------------------------------------------

Chess.az xəbər verir ki, dünən başlayan və 40-cı dəqiqədə dayandırılan 1-ci turun oyunları, bu gün yenidən oynanılacaq. Xatırladaq ki, dünən Rusiya polisinə "telefon terrorçularından" daxil olan anonim zəngdən sonra ,yarışın keçirildiyi "Kosmos" mehmanxanasından yarış iştirakçıları və qonaqlar təhliyyə edildi. Aparılan axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkarlanmadığı üçün ,axşam saatlarında mehmanxanın qonaqları öz nömrələrinə buraxılıblar. Yarışın təşkilatçıları 1-ci turun oyunlarını qaldığı yerdən yox, yenidən oynanılmasına qərar veriblər. Qeyd edək ki, ölkəmizi yarışda ümumilikdə 8 şahmatçı təmsil edir.  "A" qrupunda Rauf Məmmədov və Eltac Səfərli. "B" qrupunda isə Vüqar Əsədli ,Məhəmməd Muradlı ,Xanım Balacayeva ,Ülviyyə Fətəliyeva Aydın Süleymanlı və Read Səmədovdur.


1-Cİ TUR (CANLI)
VİDEOYAYIM


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss