Bü gün Moskvada start götürən ənənəvi "Aeroflot Open" şahmat turnirində bu dəqiqələrdə həyacanlı anlar yaşanır.
DAXİL OLAN ANONİM ZƏNGLƏ "TELEFON TERRORÇULARI" MOSKVA ŞƏHƏRİNİN BİR NEÇƏ MƏKANINDA PARTLAYICI OLMASI İLƏ BAĞLI MƏLUMAT VERİBLƏR. ADIÇƏKİLƏN MƏKANLARDAN BİRİ DƏ MƏHZ "KOSMOS" MEHMANXANASI OLUB. MOSKVA POLİSİ DƏRHAL HƏRƏKƏTƏ KEÇƏRƏK ,
DEYİLƏN BÜTÜN MƏKANLARDA TƏHLİYYƏ İŞLƏRİN BAŞLAYIB.ÜMUMİLİKDƏ 5 000-DƏN ARTIQ İNSANI TƏHLİYYƏ EDİB.
-----------------------
Səbəb kimi Moskva polisinə daxil olan anonim zəng göstərilir.
---------------------------------------
----------------------------------------
1-Cİ TURUN OYUNLARI TƏXİRƏ SALINDI VƏ BAŞQA BİR VAXTDA YENİDƏN OYNANILACAQ !
----------------------------------------
Chess.az xəbər verir ki, yarış başladıqdan 40 dəqiqə sonra oyun zalına daxil olan Təhlükəsizlik Xidmətinin işçiləri hammını zalı və ümumiyyətlə "Kosmos" memanxanasını tərk etməyə dəvət ediblər. Bununla bağlı zalda elanlar da səsləndirildi. "Aeroflot Open" turniri Moskvada "Kosmos" mehmanxanasında keçirilirdi və bu gün yarışın birinci turun oyunlarına start verilmişdir.
Qeyd edək ki, turnirdə ölkəmizi 7 şahmatçı təmsil edir. Bunlar Rauf Məmmədov, Eltac Səfərli ,Vüqar Əsədli , Məhəmməd Muradlı ,Xanım Balacayeva ,Ülviyyə Fətəliyeva ,Aydın Süleymanlı və Read Səmədovdur.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur