SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Prix 2019" keçirilmə qaydaları və tərkibi !

FIDE bu il keçiriləcək "Grand Prix 2019" seriyasının qaydaları və tərkibi haqda yekun məlumat yayıb. 

Chess.az xəbər verir ki, formatında bir çox dəyişikliklərə məruz qalmış seriya ,təşkilatçıların fikirincə bu ildən daha maraqlı və baxımlı olacaq. Beləliklə keçək qaydalara. Seriya əvvəlki kimi dörd mərhələdən ibarət olacaq.  Köhnə qaydalarda da olduğu kimi ,hər bir şahmatçı dörd mərhələdən yalnız üçündə iştirak edə biləcək. Keçirilən hər mərhələdə 16 şahmatçı iştirak edəcək. Ən böyük dəyişiklik isə ondan ibarətdir ki ,"Gran Pri" İsveçrə və ya dairəvi sistem üzrə yox, Pley-off sistemi ilə keçiriləcək (uduzan çıxır). 16 şahmatçı 8 cütə bölünəcək (1/8 final) və cütlər əvvəlcə 2 klassik kontrollu partiya oynayacaqlar. İki partiyanın nəticəsinə görə qalib gələn şahmatçı növbəti 1/4 mərhələsinə vəsiqə qazanacaq ,uduzan şahmatçı isə yarışı tərk edəcək.Klassik partiyalarda qalib müəyyənləşməsə, iki rapid partiya keçiriləcək (25+10). Bu halda da heç-heçə qeydə alınarsa ,iki blitz partiya keçiriləcək (5+3). Blitzda da bərabərlik olacağı təqdirdə qalibi Armaqedon müəyyən edəcək. 1/8 finalda qalib qələn şahmatçılar növbəti, 1/4 mərhələsinə keçid alacaqlar, daha sonra sonra 1/2 və final. Yarışda göstərilən nəticələrə görə şahmatçıların adına əvvəlki kimi xallar yazılacaq və sonda yığılan xallara görə illk iki yeri tutmuş şahmatçı İddiaçılar turnirinə yollanacaqlar. Artıq keçiriləcək mərhələlərin tərkibi də məlumdur. Təmsilçimiz Şəhriyar Məmmədyarov Moskva,Riqa və Tel-Əviv mərhələlərində , Teymur Rəcəbov isə Moskva ,Hamburq və Tel-Əviv mərhələlərində iştirak edəcəklər. 

"Grand Prix 2019" seriyasının mərhələləri :

1-ci mərhələ :  Rusiya (Moskva)       16-30 may;

2-ci mərhələ :  Latviya (Yurmala)     11-25 iyul;

3-cü mərhələ:  Almaniya (Hamburq)  4-18 noyabr;

4-cü mərhələ: İsrail (Tel-Əviv)        10-24 dekabr.


"GRAND PRİX 2019"-un iştirakçıları :


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss