SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Bibisara vətəninə qayıtdı !

Dünyanın ən perspektivli xanım şahmatçılarından biri hesab olunan Bibisara Asaubayevanın karyerasında ciddi dəyişiklik baş verdi. 

Bu gün 15 yaşını qeyd edən gənc ulduz, bundan sonra Rusiya bayrağı altında çıxış etməyəcək.Buna səbəb isə Bibisaranın Rusiyada uzun müddətdir sıxışdırılması göstərilir. Xatırladaq ki ,uşaq vaxtında Qazaxıstan adına çıxış edən Bibisara, sonradan böyük ümidlərlə Rusiyaya transfer olunmuşdur. İlk vaxtlarda hər şey yolunda getsə də, sonradan Bibisara ilə Rusiya gənclər yığmasının baş məçqçisi Yevgeniy Solojenkin arasında ciddi qarşıdurma yarandı. Solojenkin Asaubayevanı dələduzluqda ittiham etmişdir, və bu yaşda olan bir qızın belə nəticələr göstərməsinin mümkünsüz hesab edirdi. İş hətta məhkəmələrə də gedib çıxdı. Uzun sürən məhkəmə prossesinin sonunda qalib tərəf Bibisara Asaubayeva oldu .Solojenkin isə Asaubayevadan üzr istəməklə yanaşı, 18 aylıq şahmat aləmindən uzaqlaşdırlıb. Məhkəmədən sonra ara nisbətən sakitləşsə də ,bu konflikt və mübahisələrdən bezən şahmatçının anası və meneceri Liana Tanjarikova, qızı ilə bərabər Rusiyanı tərk etmək qərarına gəldi. Qazaxıstan prezidenti Nursultan Nazarbayevə müraciət ünvanlayan Tanjarikova, qızının yenidən vətəninə qayıdıb, Qazaxıstan bayrağını təmsil etmək istədiyini xahişini etmişdir. Ölkə başçısı müraciəti müsbət qarşıladı və Bibisara Asaubayeva yenidən Qazaxıstana döndü. Artıq rəsmiləşən transferdən sonra, Bibisara martın 4-də Astanada start götürəcək qadınlar arasında Komanda Dünya Çempionatında iştiriak edəcək Qazaxıstan yığmasının heyətinə də daxil edilib. Qeyd edək ki, müxtəlif yaş kateqoriyalrında dəfələrlə Dünya Çempionu adının qazanmış gənc istedad, hazırda2374 reytinqlə qadın şahmatçılar sıralamasında dünyada 89-du.















© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss