SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Bundesliqada !

Şahmat üzrə Almaniya Bundesliqasının növbəti turun oyunları keçirilir. 

Chess.az xəbər verir ki , bugünlərdə Almaniyanın “Schach-Bundesliga 2019” komanda yarışının növbəti turları oynanılır. Dünyanın ən güclü şahmatçıların qatıldığı çempionatda Azərbaycan şahmatçıları da çıxış edir. Arkadiy Naydiç “OSG Baden Baden” klubunda ,Şəhriyar Məmmədyarov isə “SC Viernheym” komandalarının şərəfini qoruyurlar. Dünən keçirilən 9-cu turda Şəhriyarın çıxış etdiyi “SC Viernheym” klubu  “SV 1930 Hockenheim” klubuna 5.5-2.5 hesabı ilə məğlub oldu. Komandanın məğlubiyətinə baxmayaraq ,birinci taxtada oynayan Şəhriyar amerikalı Sem Şankland üzərində qələbə qazanıb. Bu gün isə,10-cu tur çərçivəsində ”SC Viernheym” “Schachfrueunde” komandası ilə 3.5-3.5 hesablı heç-heçə edib. Bu matçda birinci taxtada oynayan Məmmədyarov, macar Petr Leko ilə heç-heçə edib. Qeyd edək ki,Bundesliqaya 16 xalla Arkadiy Naydiçin çıxış etdiyi “Baden Baden” klubu başçılıq edir. Şəhriyar Məmmədyarovun çıxış etdiyi ”SC Viernheym” isə, 10 xalla 7-ci pillədə qərarlaşıb.


CANLI OYUN VƏ NƏTİCƏLƏR :

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss