SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Eltac Astanada məhkəmə qarşısına çıxmalı oldu. Təşkilatçıların səhvinə görə !

Qazaxıstanın paytaxtı Astana şəhərində başa çatan kişilər və qadınlar arasında Komanda Dünya Çempionatları bitsə də,yığmamızın iki üzvü hələ də Qazaxıstandan çıxa bilməyiblər. 

Söhbət yığmamızın üzvləri Eltac Səfərli və Rauf Məmmədovdan gedir. Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq, xarici vətəndaşlar ölkəni tərk edərkən pasportlarında mütləq qeydiyyat möhürü olmalıdır. DÇ-da iştirak edən bütün qonaqların pasportuna sözügedən möhür vurulsa da, Eltacın pasportuna yarış təşkilatçıların səhlənkarlığı nəticəsində möhur vurulmayıb. 

Avropa Çempionatında iştirak etmək üçün Astanadan birbaşa Makedoniyanın paytaxtı Skopye şəhərinə üçmağa hazırlaşan Eltac ,təyyarəyə minik zaman təyarəyə buraxılmayıb. Səbəb isə qeydiyyat möhürün olmamasıdır. Nəticədə Səfərli üçmalı olduğu reysdən çıxarılıb. Məsələni görən Eltacın yaxın dostu Rauf Məmmədov, dostunu tək qoymayaraq Eltacnan bərabər Astanada qaldı. Ən maraqlısı da bundan sonra oldu. Eltac Səfərli Qazaxıstanı qeydiyyat möhürü olmadan tərk etmək istədiyi üçün, Astana Şəhər Məhkəməsi qarşısına çıxmalı oldu. Məhkəmə prossesi martın 18-ə təyin olunsa da, Qazaxıstanın tanınmış şahmat menceri olan Liana Tanjarikovanın köməyi ilə məhkəmə prossesi bu gün keçirildi .Əks halda şahamatçılarımız Avropa Çempionatına gecikə bilərdirlər. Xoşbəxtlikdə məsələ tez bir zamanda və şahmatçımızın xeyrinə həll olundu . Artıq bu gün Eltacnan Rauf  Makdedoniyaya yola düşəcəklər. Eltacı Astanda tək qoymayan qrossmeysterimizi Rauf Məmmədov Chess.az-a məsələ ilə bağlı qısaca bunları bildirdi: "Məhkəmə keçirildi ,problem həll olundu. Təşkilatçılar bu hadisə ilə bağlı bizdən üzr istədilər. Birazdan uçuruq !" 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss