SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

13 milyon manatlıq "Dünya Çempionu" gəlir

1978-ci ildə keçirilən Viktor Korçnoy və Anatoliy Karpov arasında Dünya Çempionu adı uğrunda matçının 40 illiyinə həsr olunmuş bədii film çəkiləcək. 

Ötən il ingilis rejissor Alen Bayron tərəfindən bu qarşılaşma haqqında sənədli film hazırlanmışdı. Film bütün dünyada maraqla izlənilsə də, filmin baş qəhrəmanlarının vətəni olan Rusiyada yayımlanmayıb. Səbəb isə filmin həddindən artıq siyasi xarakter daşımasıdır. Alen Bayronun işi rus rejissorlarının hərəkətə gətirib. 

Rusiyanın məşhur rejissoru Nikita Mixalkovun "TriTe" studiyası, qırx il əvvəl keçirlmiş tarixi matç haqqında bədii film çəkmək qərarına gəlib. Film"Dünya Çempionu"("Чемпион Мира") adlanacaq. Artıq bununla bağlı Rusiyanın film fonduna müraciət olunub və sponsor müqavilələri imzalanıb. Filmin ümumi budcəsi isə, 500 000 000 rubl təşkil edəcək (təxmini 13 000 000 milyon manat) . Filmin rejissoru "T-34" filmi ilə tanınan Aleksey Sidorov olacaq. Şahmat haqqında bəddi filmdə Vladimir Maşkov,Konstantin Xabenskiy və hətta Hollivud ulduzları Mila Yovoviç və Eva Qrin kimi aktyorların yer alması gözlənilir. 




© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss