SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov :"İstədiyim alınmır"

(Foto: Lana Əfəndiyeva)

Şəmkirdə keçirilən ənənəvi "Shamkir Chess 2019" şahmat superturnirində təmsilçimiz Şəhriyar Məmmədyarov oyunun haqqında açıqlama verib. 

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirin VII-ci turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə edən Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mətbuat konfransında oyunu və turnitrdəki çıxışı haqqında danışıb: "Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq.Ümumiyyətlə Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə partiyadan sonra özümə gələ bilmirəm. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlub oldum .Çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı. 
Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış etmişdim. Səhv etmirəmsə beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdu. Təəssüf sona iki tur qalmış liderdən çox aralı düşmüşəm".

Shamkirchess.com


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss