Almaniyada keçirilən ənənəvi "Grenke Chess" şahmat superturnirini başa çatdı.
Chess.az xəbər verir ki, Almaniyanın Karlsrue şəhərində start götürən və Baden-Badendə şəhərində davam edən superturnirə dünən keçirilən oyunlarla yekun vuruldu. Yarışdakı yeganə təmsilçimiz Arkadiy Naydiç son turda güclü alman qrossmeyster Georq Mayeri məğlub edərək xallarının sayını 5-ə çatdırdı. Bu qələbə sayəsində Naydiç belə mötəbər bir turnirdə mükafatçılar sırasında yer almağa bacardı. Əlavə göstəricilərə görə Maksim Vişye-Laqrafdan üstün olan Arkadiy ,sonda yarışı üçüncü pillədə bitirdi. Turnirin qalibi isə möhtəşəm oyunu ilə yadda qalan və mümükün 9 xaldan 7.5 xal toplayan norveçli Maqnus Karlsen oldu. İkinci yerin sahibi amerikalı Fabiano Karuana tutdu.
YEKUN SIRALAMA : 1.MAQNUS KARLSEN (NOR) 7.5; 2.FABİANO KARUANA (ABŞ) 6; 3.ARKADİYA NAYDİÇ (AZE) 5; 4.MAKSİM VİŞYE-LAQRAF (FRA) 5; 5.VİŞVANATAN ANAD (HİNDİSTAN) 4.5; 6.PETR SVİDLER (RUS) 4.5; 7.LEVON ARONYAN 4.5; 8.FRANSİSKO VALEHO-PONS (İSP) 4; 9.GEORG MAYER (GER) 2; 10.VİNSENT KEYMER 2.6-CI TUR (CANLI):
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.