SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Yeni şahmat növü təsdiqləndi ! (RƏSMİ)

FİDE "Fişer Şahmatı" üzrə Dünya Çempionatının keçirilməsi haqda qərar qəbul edib. 

"Chess960" adı ilə tanınan şahmatın bu növü üzrə ilk rəsmi Dünya Çempionatı keçiriləcək. Şahmat əfsanəsi sayılan amerikalı Bobbi Fişerin fikirləşdiyi bu oyun ,hər zaman şahmatçılar arasında çox populyar olub. Amma bugünədək "Fişer Şahmatı"-na daha çox bir əyləncə kimi baxılırdı. Ötən ay Qazaxıstanını paytaxtı Nursultan şəhərində keçirilmiş FİDE-nin Prezident Şurasının iclasında şahmatın bu növü rəsmi növ kimi qəbul olunub. 

"Chess960" üzrə ilk rəsmi Dünya Çempionatı CHESS.COM saytı vasitəsilə onlayn olaraq keçiriləcək. Yarışın ümumi mükafat fondu 375 000 dollar təşkil edəcək. Artıq aprelin 28-də ilk  seçmə mərhələnin oyunlarına start veriləcək. Yarışlın final oyunu isə iyunun 16-da keçiriləcək. Daha bir maraqlı məqam ondan ibarətdir ki ,Dünya Çempionatında istənilən şahmatçı və ya şahmat həvəskarı iştirak edə bilər. Bunun üçün sadəcə Chess.com platformasında profilinizin olması kifayətdir. Təyin edilən üzvülük haqqını ödəməklə dünyanın istənilən nöqtəsində ,istənilən şəxs DÇ-nın iştirakçısı ola biləcək. Qeyd edə ki ,ötən il "Chess960" üzrə keçirilən qeyri-rəsmi Dünya çempionatının qalibi, klassik şahmatda olduğu kimi norveçli Maqnus Karlsen olmuşdur. 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss