SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"VÜQAR HƏŞİMOV" Ş.K. ÇEMPİONLAR KUBOKUNDA

Azərbaycanda yeni professional şahmat klubu təsis olunur.

Chess.az xəbər verir ki, "Vüqar Həşimov Fondu" yeni böyük lahiyəyə imza atıb. Fondun qəbul etdiyi qərara əsasən yeni professional şahmat klubu yaradılması haqqında qərara alınıb. Beləliklə,artıq cari ilin noyabrın 9-da Monteneqronun Budve şəhərində keçiriləcək Avropa Çempionlar Kubokunda "GM Vugar Gashimov" ŞK adlı yeni klub iştirak edəcək. Mərhum qrossmeysterimizin adının daşıyacaq klubda çıxış edəcək şahmatçıların tam siyahısı hələ ki məlum olmasa da , Vüqarın yaxın dostları, qrossmeysterlərimiz Qədir Hüseynov və Rauf Məmmədovun bu klubun üzvləri olacaqları artıq dəqiqləşib. Qeyd edək ki,indiyədək ölkəmiz Avropa klub arenasında yalnız yığmamızın üzvlərindən təşkil olunan "Odlar Yurdu" komandası təmsil edirdi. Bundan sonra isə, "Odlar Yurduna" rəqib olacaq güclü bir komanda fəaliyyətə başlayacaq. Ümumiyyətlə bu klubun yaradılması ölkəmizdə şahmatın inkişafına ,xüsusilə də yox vəziyyətində olan komanda şahmatının inkişafına böyük təkan verəcək. Dünyanın bir çox ölkələrində mütəmadi olaraq klublar arasında ölkə çempionatları keçirilir. Azərbaycanda klubların və təbii ki, belə yarışların olmaması ucbatından onlarla şahmatçılarımız digər ölkələrin müxtəlif klublarının heyyətində çıxış edirlər.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss