SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Timur Qareyev : "Naxçıvanda da bunu edirəm"

Naxçıvanda davam edən ənənəvi "Naxçıvan Open 2019" şahmat turnirinin iştirakçısı,məşhur qrossmeyster Timur Qareyev Chess.nax.az saytına qısa müsahibə verib. 

Timur Qareyev : " Bu, mənim Naxçıvana ilk səfərimdir. Açığı, turnir barədə məlumatlı idim, sadəcə, bəzi məsələlərə görə indiyə kimi iştirak etməmişəm. Ümumiyyətlə, Azərbaycan mənə çox doğmadır, burada mənim dostlarım yaşayır. Amerikada yaşamağıma baxmayaraq, Özbəkistanda doğulub böyümüşəm və şahmatı da məhz orada öyrənmişəm. İlk dəfə olaraq babam mənə 6 yaşımda şahmatın sirlərini öyrətməyə başladı. Atam isə təfəkkür və oyun vərdişinin sevinci, hansı mövqedə necə oynamağı öyrətdi. Deyə bilərəm ki, mənim ilk müəllimlərim onlardır. Atamın və babamın mənə öyrətdiyi ən vacib şey oyunu necə sevməyimdir. Böyüdükcə şahmatın sirli, gözəl bir mühitinə sahib oldum. Şahmat mənim üçün bir zövqdür, burada mən bütün problemlərə meydan oxuyuram.
Beynəlxalq Şahmat Festivalına gəlincə, təşkilatçılıq baxımından yalnız bir söz deyə bilərəm – möhtəşəmdir. Burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır və onlarla eyni turnirdə oynamaq mənim üçün qürurvericidir. Naxçıvan şəhəri isə öz gözəlliyi və sakitliyi ilə məni valeh etdi. Eyni zamanda mədəniyyətlərimiz bir-birinə çox oxşayır. Deyə bilərəm ki, insanların isti münasibəti, qonaqpərvərliyi və davranışını gördükcə, özümü ölkəmdə hiss edirəm. Digər tərəfdən, hər hansı bir ölkənin dilini öyrənməyi çox sevirəm. Son bir neçə il ərzində bütün səyahətlərimdə həmişə yerli əhali ilə danışmaq üçün səy göstərirəm. Elə Naxçıvanda da bunu edirəm. İnanıram ki, uğurlu başladığım festivalı elə uğurlu nəticə ilə də başa vuracağam"

Qeyd edək ki, "Naxçıvan Open 2019" şahmat turininə keçirilən 3 turdan sonra, yüz faizlik nəticə ilə Timur Qareyev,həmyerlimiz Eltac Səfərli və Belçika şahmatçısı Vadim Malaxatko liderli edirlər. 

© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss