SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DAHA BİR İLK !

"Xəzər Universiteti Şahmat Akademiyası" daha bir yeniliyə imza atır. 

Chess.az xəbər verir ki, son zamanlar keçirdiyi seminarlar və fərqli formatlı yarışlarla aktivlik nümayiş etdirən "Xəzər Universiteti Şahmat Akademiyası", daha bir fərqli formatlı yarış keçirəcəyi haqqında məlumat yayıb. Beləliklə ,iyunun 3-dən 8-dək Akademiyanın binasında "Gənclər Kuboku" adlanan Komanda reytinq yarışı keçiriləcək. Yarış FİDE qaydaları ilə,dairəvi sitem üzrə keçiriləcək və iki dövrədən ibarət olacaq. Turnirdə hər birində iki şahmatçı olmaqla cəmi 6 komanda iştirak edəcək. Komandaların tərkibi isə,yalnız reytinqli şahmatçılardan ibarət olmalıdır və onların orta ELO əmsalı 1900-u keçməməlidir. 

Turnirdə vaxta nəzarət 60 dəqiq+hər gedişə 30 saniyə olacaqdır.

"Gənclər Kubokunda" iştirak etmək istəyən komandalar "Xəzər Universitet Şahmat Akademiyası-da qeydiyyatdan keçə bilərlər.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur





скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss