SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NİCAT HAMIDAN GÜCLÜ OLDU ("NAXÇIVAN OPEN 2019")

Naxçıvanda davam edən ənənəvi "Naxçıvan Open 2019" Beynəlxalq şahmat festivalı çərçivəsində Blitz turniri keçirildi. 

Chess.az xəbər verir ki,mayın 6-da Naxçıvan şəhərində keçirilən, ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi şahmat festivalı çerçivəsində Blitz turniri baş tutdu. 74 şahmatçının qatıldığı yarış, həmyerlilərimizin parlaq qələbəsi ilə başa çatdı. Ümumi mükafat fondu 2000 ABŞ dolları olan turnirin qalibi 7.5 xalla qrossmeysterimiz Nicat Abbasov oldu, aktivlərində 7 xalları olan Qədir Hüseynov və Vüqar Rəsulov isə 2-3-cü yerləri tutublar. Beləliklə builki Naxçıvan turnirinin ilk pul mükafatları öz şahmatçılarımıza qismət oldu.  Bu gün "Naxçıvan Open" şahamatın klassik növü üzrə altıncı turun oyunları ilə davam edəcək. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss