SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AZƏRBAYCANIN YENİ QROSSMEYSTERİ -VÜQAR ƏSƏDLİ

17 yaşlı gənc şahmatçımız Vüqar Əsəsdli qrossmeyster oldu.

Xəbər verdiyimiz kimi ,Xırdalan şəhərində başa çatmış "Zirvə Kuboku 2019" turnirində həmyerlilərimiz Vüqar Əsədli və Orxan Abdulov qrossmeyster normalarını yerinə yetirməyi bacarmışdılar. Orxan üçün bu birinci qrossmeyster norması olsa da, Vüqar Əsədli üçün bu sonuncu,üçüncü normativ oldu. Keçirdiyi 10 oyunda 6.5 xal toplayan Vüqar, nəhayət ki, gözlədiyi üçüncü qrossmeyster normativini yerinə yetirə bildi. Bundan əlavə, Vüqar Əsədli yarış boyu göstərdiyi inamlı oyunu sayəsində reytinqini 32 punkt qaldırmaqla 2500 ELO reytinq həddini keçməyi də bacardı. Hazırki reytinqi 2502 olan Əsədli, iyun ayında keçiriləcək FİDE-nin iclasından sonra rəsmi olaraq qrossmeyster adına yiyələnəcək. Qeyd edək ki,Vüqar Əsədli Azərbaycanın ümumilikdə 24-cü, aktiv oyunçular arasında isə 18-ci qrossmeysteri oldu. 


 








© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss