Rusiyanın Kazan şəhərində qadınlar arasında İddiaçılar turniri davam edir.
Chess.az xəbər verir ki, 8 şahmatçının qatıldığı mübarizədə artıq 12 tur arxada qalıb. Dünən keçirilən 12-ci turun oyunları çərçivəsində, yarışın vahid lideri olan 20 yaşlı rusiyalı istedad Aleksandra Qoryaçkina, çinli Tanla heç-heçə edərək sona iki tur qalmış İddiaçılar turnirinin qalibi adını qazandı. Qazanılan qələbə sayəsində Aleksandra, gələn il çinli Yu Venyunla Dünya Çempionu adı uğrunda final matçı oynamaq hüququnu qazandı. Bundan əlavə, Qoryaçkina yarışın əsas müküfatı olan 50 000 avro pul mükafatına yiyələnib.
TURNİR CƏDVƏLİ (12 turdan sonra): 1.Aleksandra Qoryaçkina (Rusiya) - 9 xal, 2.Anna Muzıçyuk (Ukrayna)- 6.5 xal, 3.Yekaterina Laqno (Rusiya) - 6 xal , 4-7. Mariya Muzıçyuk (Ukrayna) ,Tan Zonqyi (Çin) , Nana Dzaqnidze (Gürcüstan) ,Valentina Qunina (Rusiya) 5.5 xal, 8.Aleksandra Kostenyuk (Rusiya) -4.5 xal .
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.