SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

2 MİLYON MANATLIQ FİQUR TAPILIB !

Şotlandiyada dəyəri 1.000.000 funt sterlinq (2 150 000 AZN) şahmat fiquru tapılıb. 

Chess.az saytı CNN NEWS-a istinadən xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində yaşayan bir ailə köhnə əşyaların içində qədim şahmat fiqurunu tapıb. Məlumatda deyilir ki,həmin ailənin üzvlərində biri ötən əsrin 60-cı illərində əntiq əşyaların satışı ilə məşğul olub və bu fiquru təxmini 5 funt sterlinqə (10 AZN) almışdı. Ailə başçısı olan şəxs tapılan fiquru Londonun "Sotbis" hərrac evinə aparıb və orada yaxşı mənada şoka düşüb. Sən demə həmin fiqur 1831-ci ildə Lyuis adasında tapılan xəzinədə olan şahmat dəstinə aiddir. İki əsr əvvəl tapılan xəzinədə, qızıl əşyalardan başqa şahmat fiqurları də olub. 93 fiqurdan 82-si Londonda yerləşən Tarix muzeyində saxlanılır,digər 11 fiqur isə Edinburqda yerləşən Şotlandiya Milli Muzeyində saxlanılır. 

Hündürluyü 9 santimetr olan fiqurlar morj və balina dişlərində düzəldilib. Hərracda fiqura 1 000 000 funt sterlinq qiymət qoyulub. Maraqlısı odur ki, tapılan fiqurların dəqiq mənşəyi və harada düzəldiyi barədə hələ də dəqiq məlumat yoxdur. Bir teoriyaya görə, şahmat fiqurları 12-14 əsrlərdə Norveçin Tronxeym şəhəri ərazisində düzəldilib. Tapılan fiqur iyulun 2-də Londonda "Sotbis" hərracında satışa çıxarılacaq. 



© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss