SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

3 KA! KİM DAHA GÜCLÜDÜR ?

Rusiya mətbuatı üç Dünya Çempionunun müqayiəs edərək,çox maraqlı faktlar ortaya çıxarıb. 

Həqiqətən də çoxlarını maraqlandıran ,müasir dövrün ən güclü şahmatçısı kimdir sualına, nisbətən də olsa aydınlıq gətirilib. Bu suala cavab axtaranların çoxu Kasparov və ya Karlsenin adının önə çəksə də,faktlar onların yox məhz  Anatoliy Karpovun öndə olduğunu göstərir. Hər üç şahmatçını canlı əfsanə adlandırmaq olar,amma onlarda kim daha güclü və titulludur sualına qısa araşdırmadan sonra cavab tapmaq olur.


Anatoliy Karpov : 12-ci Dünya Çempionu .

10 il bu titulu özündə saxlayıb (1975-1985). 

Karpov karyerası ərzində 42 Superturnirin qalibi olmuşdur.


Harri Kasparov  : 13-cü Dünya Çempionu. 

15 il bu titulu özündə saxlayıb (1985-2000). Amma bu müddət bir qədər mübahisəli alınıb. 1993-cü ildə Kasparov və bir qrup şahmatçı FİDE-dən ayrılaraq alternativ qurum yaradıblar (Professional Şahmat Assosiyasiyası) .Məhz buna görə Ali şahmat qurumum Kasparovu titulundan məhrum da etməşdir,sonradan ona o titul qaytarılıb və 2000-ci ildə Kasparov rusiyalı Vladimir Kramniklə final oynayaraq Dünya Çempionu titulu ilə rəsmi olaraq vidalaşmışdır.

Kasparov karyerası ərzində 38 Superturnirin qalibi olmuşdur.


Maqnus Karlsen : 16-cı Dünya Çempionu. 

6 ildi bur titulu özündə saxlayır (2013-....)

Karlsen  karyerası ərzində 35 Superturnirin qalibi olmuşdur.


Statistikaya nəzər saldıqda aydın görsənir ki, Anatoliy Karpov hər iki rəqibindən daha titulludur. 10 il stabil olaraq Dünya Çempionu adının daşıyan Karpov, karyerası ərzində 42 superturnirin qalibi olmuşdur. Bu həqiqətən də böyük nailiyyətdir. 

Amma nəzərə alaq ki, bu üç əfsanədən hazırda norveçli Maqnus Karlsen karyerasını davam etdirir . Belə olan halda məhz onun yaxın illərdə müasiv dövrün şahmatın kralı olmaq şansı daha böyükdür. Düzdür, bu elə də asan olmayacaq. Bunun üçün Maqnus ən azı 9 il Dünya Çempionu ünvanını özündə qorumalı və minimum 7 Superturnirin qalibi olmalıdır.


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss