SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.DVORKOVİÇ "QADIN ŞAHMATI YOXDUR !"

Rusiyanın Kazan şəhərində başa çatmış qadınlar arasında İddiaçılar turnirinin bağlanış mərasimi keçirildi. 

Chess.az xəbər verir ki, mərasimdə iştirak edən FİDE prezidenti Arkadiy Dvorkoviç çıxışı zamanı, qadınlar və şahmat haqqında maraqlı fikirlər səsləndirib "Qadın şahmatı yoxdur! Qadınların və kişilərin oynadığı şahmat var. Biz bütün xanımlara yol açmalıyıq. Şahmatla məşğul olmaq istəyən qadınların qarşısında heç bir maneə olmamalıdır. Biz inkişaf üçün əlimizdən gələni edirik" 

Qeyd edək ki, Kazanda başa çatan İddiaçılar turnirinin qalibi, 20 yaşlı rusiyalı şahmatçı Aleksandra Qoryaçkina oldu. Qazanılan qələbə sayəsində Qoryaçkina gələn il keçiriləcək Dünya Çempionu adı uğrunda çinli Yu Venyunla final matçı oynamaq hüququnu qazandı.  



© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss