SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

CHESS.AZ-IN İLK UĞURU

Dünən Bakıda "NETTY" Milli İnternet Mükafatının təqdimetmə mərasimi keçirildi.

Chess.az xəbər verir ki, təntənəli tədbirdə NETTY İnternet Akademiyası 2019-cu il üçün ən yaxşı saytlar, səhifələr və internet layihələrini müəyyən etdi. Mərasimdə ölkənin aparıcı İT şirkətləri və internet resurların nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan, Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, tədbir iştirakçılarını salamlayaraq,onlara 15 ildir keçirilən mükafatlandırmanın əhəmiyyətindən və NETTY-nin ölkənin İT sektorunun inkişafına verdiyi töhfəsindən danışdı. Daha sonra mükafatlandırılma mərasimi keçirildi. Sevindirici haldır ki, artıq iki ildən çox fəaliyyət göstərən CHESS.AZ saytı da builki NETTY Milli İnternet Mükafatının Nominantlarından biri oldu. İlk dəfədir ki,belə bir mötəbər müsabiqəyə qatılan CHESS.AZ, 245 bal toplayaraq "İdman və Sağlamlıq" nominasiyası üzrə ikinci oldu. 










© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss