SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

TEYMUR RƏCƏBOV : "ONUN MÜDAFİƏSİNİ YARMAĞA ÇALIŞIRDIM"

Rusiyada başa çatmış birinci "Armaqeddon World Chess" şahmat turnirindəki təmsilçimiz Teymur Rəcəbov ,Rusiyanın "Matç Tv" telekanalına turnir barədə fikirlərini bölüşüb.  

Chess.az xəbər verir ki, FİDE və World Chess şirkətinin birgə təşkilatçılığı ilə keçirilən birinci "Armaqeddon World Chess" şahmat turniri başa çatması barədə sizlərə məlumat vermişdik. Əsasən televizya yayımı üçün nəzərdə tutulan möhtəşəm layihə uğurlu alındı. Turnirdə yarımfinala qədər irəliləyən və finalın bir addımlığında turnirin gələcək qalibi olan Sergey Karyakina məğlub olan təmsilçimiz Teymur Rəcəbov, Rusiyanın "Matç Tv" telekanalına turnir və turnirdəki çıxışı haqqında açıqlama verib : "Onun müdafiəsini yarmağa çalışırdım, amma Sergeylə bunu etmək çox çətindir. Oyun ərzində bir neçə şansım oldu, amma rəqibin əla müdafiə olunmaq bacarığı üstün oldu. Belə bir möhtəşəm layihənin bir parçası olduğum üçün özümü xoşbəxt hiss edirəm. Bu turnirdə oynamaq elə də asan deyilidi ,çünki rəqiblərin hamısı çox güclü idilər. Vaxt azlığını da nəzərə alsaq ani qərar vermək məcburiyətində qalırsan" 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss