SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GRAND CHESS TOUR 2019". YENƏ KARLSEN !

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən "Grand Chess Tour 2019" seriyasının ikinci mərhələsi başa çatdı. 


Chess.az xəbər verir ki, hər il keçirilən "Grand Chess Tour" super seriyasının ilk mərhələsi Afrika qitəsində keçirilmişdir.Blitz və Rapid üzrə keçiriləcək turnir Dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə nəticələnmişdi. Zaqrebdəki mərhələ isə, şahmatın klassik növü üzrə keçirildi. Ümumilikdə 8 mərhələdən ibarət olan seriyada 12 daimi şahmatçı iştirak edir. Onların sırasında həmyerlimiz Şəhriyar Məmmədyarov da var. Şəhriyardan başqa Zaqrebdə norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana, Hikaru Nakamura və Vesli So, fransız Maksim Vişye-Laqrav, çinli Dinq Liren, rusiyalı şahmatçılar Yan Nepomnyaşiy və Sergey Karyakin, erməni Levon Aronyan, hollandiyalı Aniş Giri və hindistanlı Vişi Anand iştirak edəcəklər. 

Zaqrebdə başa çatan yarışda, həmyerlimiz Şəhriyar Məmmədyarov yenə də uğurlu çıxış edə bilmədi. Keçirdiyi 11 oyundan cəmi 4.5 xal toplayan Şəhriyar,sonda yarışı 10-cu pillədə bitirdi. Turnirin qalibi isə, bu il qatıldığı bütün turnirlərin qalibi olmuş norveçli Maqnus Karlsen oldu.İkinci və üçüncü pillələri isə, amerikalılar Vesli Sou və Fabiano Karuana tutublar. 

Qeyd edək ki, "GCT" ümumi mükafat fondu bu ildən artırılaraq 1 750 000 ABŞ dollar təşkil edəcək. 


11-ci TUR. CANLI

VİDEOYAYIM 



"QRAND CHESS TOUR 2019"


1.Abidjan (FDŞ)  - 6-13 may (Rapid və Blitz)

2.Zaqreb (Xorvatiya) - 24 iyun - 9 iyul   (Klassik)

3.Paris (Fransa) - 26 iyul - 2 avqust   (Rapid və Blitz)

4.Sent Luis (ABŞ) - 8 - 15 avqust      (Rapid və Blitz)

5. Sent Luis (ABŞ)     -16 - 30 avqust     (Klassik)

6.Buxarest (Rumıniya) - 4 - 11 noyabr    (Rapid və Blitz)

7.Kalkutta (Hindistan) - 20 -27 noyabr  (Rapid və Blitz)

8.London (Böyük Britaniya)     - 30 noyabr - 10 dekabr . Final


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss