SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

YA ÇİNDƏ,YA RUSİYADA

2020-ci ildə baş tutacaq qadınlar arasında Dünya Çempionu adı uğrunda final matçının keçiriləcəyi məkan hələ də məlum deyil. 

Chess.az xəbər verir ki, final matçının gələn il keçirilməsi planlaşdırırlsa da, matçın baş tutacağı məkan barədə hələ ki, heç bir açıqlama verilməyib. Bugünlərdə FİDE prezidenti Arkadiy Dvorkoviç susqunluğu pozaraq TASS agentliyinə verdiyi açıqlamada bu suala az da olsa aydınlıq gətirib "Aleksandra Qoryaçkina və Yu Venyun arasında final matçı ya Çində ya Rusiyada keçiriləcək. Biz hal hazırda Çindən xəbər gözləyirik. Əgər onlar tezliklə final matçını təşkil etmək barədəbizə məlumat verərlərsə, final matçı orda olacaq. Amma Çindən bugünlərdə bir cavab çıxmasa biz finalın Rusiyada keçirilməsinə qərar verəcəyik . Üçüncü bir ölkə də ola bilər, amma bunun ehtimalı çox azdır" 

Qeyd edək ki, 2020-ci ildə keçirilməsi planlaşdırırlan final matçında, Kazanda başa çatmış İddiaçılar turnirinin qalibi 20 yaşlı rusiyalı şahmatçı Aleksandra Qoryaçkina ilə hazırki Dünya çempionu çinli Yu Venyun üz üzə gələcək.  



© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss