SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

NORVEÇ İDDİASINI GERİ ÇƏKDİ (KARLSENİN XAHİŞİ İLƏ)

Norveç Şahmat Federasiyası 2020-ci ildə keçiriləcək FİDE Dünya Çempionu adı uğrunda final matçını təşkil etmək uğrunda iddaçı olmaqdan imtina edib. 

Chess.az xəbər verir ki, Norveç Şahmat Federasiyası Stavanger şəhərini FİDE-yə namizəd şəhər kimi təqdim etmişdir.  Bu gün isə NŞF final matçının keçirilməsi iddiasından rəsmi olaraq imtina edib. Bu barədə press reliz yayan federasiya, imtinanın səbəbini belə izah edib " Maqnus Karlsenin son zamanlar verdiyi açıqlamalarından aydın görünür ki, o öz vətəni Norveçdə, final oynamasının əlehinədi. Belə olacağı halda o çox güclü təzyiqlə qarşılaşmalı olacağını düşünür. Biz çox çalışdıq ki, bu ideyamızı reallaşdıraq, amma Dünya Çempionumuzun istəyi bizə daha önəmlidir. Maqnus bizə rəsmi olaraq müraciət edib və biz öz növbəmizdə  iddiamızı geri çəkdik. Stavanger şəhərini namizəd şəhər kimi  təqdim edilməsində bizə dəstək olan hər kəsə təşəkkür edirik. ". Qeyd edək ki, bu yaxınlarda Karlsen yerli mətbuata verdiyi açıqlamada da bildirmişdir ki, əvvəl bu təşəbbüs onun  xoşuna gəlirdi, amma sonrada anladı ki, doğma divarlar arasında oynamaq ona çox böyük psixolojı yük olacaq və o NŞF-na iddiasını geri çəkmək barədə müraciət edib. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss