SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

A.Dvorkoviç : "İstərdik ki, burada FIDE-nin rəsmi yarışları da keçirilsin"

Bakıda FİDE-nin Prezident Şurasının iclası öz işinə davam edir. 

Chess.az AZƏRTAC agentliyinə istinadən xəbər verir ki, Bakıda keçirilən FIDE Prezident Şurasının iclasında iştirak edən qurumun rəhbəri Arkadiy Dvorkoviç mətbuata açıqlamalar verib "Tədbirin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Bakıda, həmçinin irimiqyaslı şahmat yarışlarının, tədbirlərin keçirilməsini müzakirə edirik. Əlbəttə, burada təşkil olunan yarışları, o cümlədən Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” superturnirini dəstəkləyirik. Bu nüfuzlu yarışı izləmək üçün bu il Azərbaycana gəlmişdim. İstərdik ki, burada FIDE-nin rəsmi yarışları da keçirilsin. Şahmat üzrə Qran-Pri mərhələsi və bu kimi digər turnirlərin təşkili ilə bağlı müzakirələr aparırıq. Bu gözəl diyarda daha çox şahmat tədbirlərinin keçirilməsindən şad olarıq. Burada müzakirə olunan üç məsələni xüsusi qeyd etmək istərdim. Yarışların keçirilməsi sistemi və məkanların müəyyənləşdirilməsi diqqət mərkəzindədir. Çalışırıq ki, yarışlar yalnız inkişaf etmiş ölkələri deyil, bütün dünyanı əhatə etsin. Məsələn, dünya kubokuna daha çox ölkədən şahmatçıların qatılması üçün bir sıra təkliflər var. Dünyada şahmatın daha da inkişaf edərək bütün ölkələri əhatə etməsi üçün tədbirlərin həyata keçirilməsi məsələləri də müzakirə olunur. Şahmatın inkişafına dəstək məqsədilə FIDE cari il üçün üç milyon avro vəsait ayırıb. Üçüncü məsələ isə FIDE-nin işinin tənzimlənməsidir ki, bununla bağlı yeni nizamnamə hazırlamışıq və onu Baş Assambleyada müzakirə edəcəyik"


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss