SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov : "Qərar verməyə çox yaxınıq"

Bakıda FİDE-nin Prezident Şurasının iclası öz işinə davam edir. 

"FIDE-nin yeni heyəti Bakıda məhsuldar işinə başlayıb. Qurumun Prezident Şurasının iclası iki gün davam edəcək. Gündəlikdə bir sıra mühüm məsələlər var”


Chess.az Report.azsaytına istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən FİDE Prezident Şirasının iclasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

"Ötən il Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında quruma yeni prezident seçildi - Arkadi Dvorkoviç. Bundan sonra kadr dəyişiklikləri oldu. Bildiyiniz kimi, mən vitse-prezident vəzifəsindəyəm. Hazırda yeni heyət Bakıda işinə başlayıb. Prezident Şurasının iclasının paytaxtımızda keçirilməsi Azərbaycanın şahmatdakı yüksək nüfuzunun, ölkəmizdə idmanın bu növünə böyük diqqətin göstəricisidir. FIDE ümid edir ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycanda daha çox rəsmi yarışlar keçiriləcək. Sonuncu dəfə FIDE-nin ölkəmizdəki böyük turniri 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə 42-ci Şahmat Olimpiadası olub. Hazırda Azərbaycanda açıq turnirlərdən başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi "ShamkirChess 2019” superturniri keçirilir. FIDE ümid edir ki, gələn ildən qurumun rəsmi yarışlarını yenidən təşkil edəcəyik. Bunu müzakirə edirik və qərar verməyə çox yaxınıq". 

M.Məmmədov deyib ki, FIDE-nin qadınlar arasında keçirilən Qran-pri turnirində bir təqvim yeri boşdur: "Hazırda bu yarışın ölkəmizdə keçirilməsini müzakirə edirik. Yaxın vaxtlarda qərar veriləcək".


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss