SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

TEYMUR NEPOMNYAŞİYƏ QARŞI ! (DORTMUND SPRAKASSEN)

Almaniyanın Dortmund şəhərində ənənəvi “Dortmund Sprakassen Chess Meeting” şahmat turniri davam edir. 

Chess.az xəbər verir ki ,1928 ildən keçirilən və dünyada ən qədim turnirlərindən biri hesab olunan Dortmund turnirində, ölkəmizi qrossmeysterimiz Teymur Rəcəbov təmsil edir.Teymurdan başqa, Dortmund turnirində rusiyalı Yan Nepomnyaşiy, amerikalı Leyner Domungez Perez, polşalı Radoslav Voytaşek,macar Riçard Rapport,almaniyalılar Diter-Liviu Nisepianu və Daniyel Fridman və “Aeroflot Open”-in builki sürpriz qalibi estoniyalı Kaido Kulaotsdur. Turnir 7 turdan ibarət olacaq və iyulun 21-dək davam edəcək. Keçirilən dörd turdan sonra, turnir cədvəlinə aktivində 3 xalı olan amerikalı Leyner Domungez Perez başçılıq edir. Onu 2.5 xalla Teymur Rəcəbov, polşalı Radoslav Voytaşek və macar Riçard Rapport izləyirlər. Bu gün turnirdə 5-ci turun oyunları keçiriləcək . Həmyerlimizin rəqibi rusiyalı Yan Nepomnyaşiy olacaq.

CANLI


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss