SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ƏSRİN DƏLƏDUZU ! (TUALETDƏ TUTULAN RAUSİS KİMDİR?)

Beynəlxalq Şahmat Federasiyası, son günlər şahmat aləminin gündəmini zəbt edən İqor Rausis məsələsi ilə bağlı açıqlama yayıb.

Chess.az xəbər verir ki, iyulun 11-də Fransanın Strasburq şəhərində keçirilən turnirdə iştirak edən Çexiya təmsilçisi İqor Rausis, rusiyalı Roman Skomoroxinlə oynadığı partiya zamanı hakimlər tərəfindən qurulan tələyə düşüb. Deyilənlərə görə, Rausisin dələduz olması, FİDE Hakimlər Komitəsinin sədri olan Loran Freydin çoxdandır ki, diqqətində olub və Rausis üçün Strasburqda qurulan tələ əvvəlcədən planlaşdırılmışdır. Partiya zamanı bir neçə dəfə tualetə yollanan şahmatçı, orada qurulan qizli kameradan xəbərsiz olub. Məhz həmin kamera sayəsində Rausisin tualetdə smartfondan istifadə etdiyi sübuta yetirilib. Hər şeyin üstü açıldığını görən Rausis, rəqibinə təslim olaraq oyun zalını tərk etək məcburiyyətində qaldı. Olaydan bir neçə saat sonra, Rausis Chess.com-a məsələ ilə bağlı ilk açıqlamasını verdi : “Mən dəli olmuşam. Telefondan istifadə etdiyimi boynuma alıram. Nə deyim ? Olub. Hər halda etdiyim əməl hamıya yaxşı dərs olacaq. Amma mənim üçün yox. Çünki bu mənim son partiyam oldu”

Qeyd edək ki,hadisə baş verən günə Rausisin canlı reytinqi 2694 ELO !!! təşkil edirdi. Ən maraqlısı isə, odur ki, Rausisin son üç ildə reytinqini 2572-dən 2694 ELO-ya qədər yüksəldib. İlk baxışdan burada qeyri adi heçnə olmasa da, hər halda 58 yaşlı şahmatçının elitar sayılan 2700-lər klubuna belə sürətlə yaxınlaşması belə bir şübhələrin oyanmasına səbəb oldu. Rausisin bu inanılmaz performansı FİDE Hakimlər Komitəsini onun fəaliyyətini araşdırmağa vadar etdi. Olaydan sonra Rausis növbəti açıqlamanı Chess-news.ru saytına verib: “Çalışırdım ki, düz olum. Ən azı hakim Rəşid və təşkilstçı Daniyelin yanında. Mən onları 30 ildir tanıyıram. O şəkildə nə görsənir ,nə görsənmir önəmli deyil, əsas odur ki, mən günahımı həm şifahi həm yazılı şəkildə boynuma aldım və turniri tərk etdim. Mən təslim olanda rəqibim məsələdən xəbərsiz idi və xeyli  təcüblənmişdir. Məhz ona görə də o tez getdi və mən ondan üzr istəyə bilmədim. Bunu indi edirəm”

Dünən axşam saatlarında isə, 5 günlük susqunluqdan sonra FİDE məsələ ilə bağlı ehtiyatlı olsa da, hər halda gözlənilən açıqlamanı yaydı. Açıqlamada deyilir ki, :”FİDE olaraq təsdiq edirik ki, Fransanın Strasburq şəhərində keçirilən turnirin üçüncü turun oyunları zamanı, hakimlər İqor Rausis (Çexiya) adlı şahmatçının üzərindən onun şahmat proqramlarından istifadə etdiyini sübut edən qurğu aşkarlayıb. Əlavə detallar məsələ tam araşdırıldıqdan və müvafiq komisiyaların qərarlarından sonra açıqlanacaq” 


Bəs İgor Rausis kimdir ?

   Onun əsl adı İqor Kondılyovdur.Rausis soyadını o sonradan Latviyaya koçdükdən sonra götürüb. Rausis şahmat aləmində kifayət qədər tanınmış simadı. Rausis hazırda Çexiya bayrağı altında iştirak etsə də, milliyətçə rusdur. O, 1961-ci ildə Ukrayna SSR-nin Alçevsk şəhərində anadan olub. Rausis şahmatla 20 yaşında, əsgərlikdə olan zaman ciddi məşqul olmağa başlayıb. 1981-ci ildə Rausis Qara dəniz donanmasının çempionu oldu və elə həmin ildən Qara dəniz donanmasında şahmat müəllimliyinə başladı. 1985-ci ildə Latviyaya köçən Rausis, orada Latviya SSR-nin gənclər yığmasının baş məşqçiliyinə qədər yüksəldi. Onun yetirmələri arasında məhşur latviyalı şahmatçı Aleksey Şırov da olub. Məşqçiliklə bərabər Rausis özü də professional səviyyədə şahmat oynamağa davam edirdi .1992-ci ildə qrossmeyster adını qazanana İqor, cəmi bir il sonra, 1993-cü ildə komanda Dünya Çempionatında Latviya yığmasınınbirinci taxtasında çıxış edirdi.  1995-ci ildə Latviya çempionu olan Rausis, Latviya yığmasının heyətində üç Şahmat Olimpiadada iştirak edib (1996,1998,2002). Bir neçə yığmanın baş məşqçisi olan Rausis, 2003-cü ildən Banqladeş karyerası başladı. Rausis 2007-ci ildə Banqladeş bayrağı altında çıxış edirdi . 2007-ci ildən isə İqor Rausis Çexiyanı təmsil edir. 












© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss