SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"GCT 2019". MAKSİM HAMIDAN GÜCLÜ OLDU

Fransanın paytaxtı Paris şəhərində "Grand Chess Tour 2019" seriyasının növbəti mərhələsinin oyunları başa çatdı.   

Chess.az xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində "Grand Chess Tour 2019" şahmat seriyasının üçüncü mərhələsinin oyunları baş çatdı. Fransa seriyası Rapid və Blitz yarışlarından ibarət idi. Turnirdə ölkəmizi qrossmeysterimiz Şəhriyar Məmmədyarov təmsil edir. Təəsüf ki, Paris mərhələsi heəmyerlimiz üçün elə də uğurlu alınmadı. Mərhələ çərçivəsində keçirildiyi 27 oyundan sonra (rapid və blitz), Şəhriyar 15 xalla yarışı 8-ci pillədə bitirdi. Yarışın qalibi isə meydan sahibi Maksim Vaşye-Laqraf oldu. İkinci yerin sahibi hindistanlı Vişi Anand ,üçüncü yerin sahibi isə rusiyalı Aleksandr Qruşyuk oldu. 

 Qeyd edək ki, bu il keçirilən “GCT 2019”-un hər iki mərhələnin qalibi norveçli Dünya Çempionu Maqnus Karlsen olmuşdur. "GCT 2019"-un ümumi mükafat fondu isə, 1 750 000 ABŞ dolları təşkil edəcək. 

CANLI

1.Abidjan (FDŞ)  - 6-13 may (Rapid və Blitz)

2.Zaqreb (Xorvatiya)  - 24 iyun-9 iyul (Klassik)

3.Paris (Fransa) - 27 iyul - 2 avqust   (Rapid və Blitz)

4.Sent Luis (ABŞ) - 8 - 15 avqust      (Rapid və Blitz)

5. Sent Luis (ABŞ)     -16 - 30 avqust     (Klassik)

6.Buxarest (Rumıniya) - 4 - 11 noyabr    (Rapid və Blitz)

7.Kalkutta (Hindistan) - 20 -27 noyabr  (Rapid və Blitz)

8.London (Böyük Britaniya)     - 30 noyabr - 10 dekabr . Final


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss