SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AVROPA ÇEMPİONATINDA BALACALARIN BÖYÜK UĞURU !

Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında Avropa çempionatı başa çatdı. 

Chess.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi müxtəlif yaş qruplarında 30 yeniyetmə şahmatçı təmsil ediridi. Sevindirici haldır ki ,yarışa qatılan 30 şahmatçıdan beşi vətənə medalla qayıda bildui. 8 yaşadək qızların yarışında Dinara Hüseynova və 14 yaşadək qızaların yarışında Ayan Allahverdiyeva Avropa Çempionu adının qazandılar. Dinara ilə eyni yaş qrupunda çıxış edən Bəşirli Səadət gümüş medalın sahibi oldu. 8 yaşı olmasına baxmayaraq özündə böyüklərin (U-10) yarışına qatılan Cahandar Azadəliyev ,orada da medalsız qalmadı. Cahandar son turadək çempionluğa iddialı olsa da ,sonda bürünc medalla kifayətlənməli oldu. Daha bir burunc medalı isə Şəki şahmat məktəbinin yetirməsi olan Kərimli Yusif U-8  yaş kateqoriyasında qazanıb. Qeyd edə ki ,Avropa Çempionu olmuş Dinara Hüseynova və bürünc mükafatçı Cahandar Azadəliyev ,Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Şahmat-Dama klubunun yetirmələridi. Şahmatçılarımızın uğuru komanda hesabında da öz əksini tapıb. Belə ki ,2 qızıl,1 gümüş və 2 bürünc medal qazanan şahmatçılatımız ümumi hesabda yarışda 12 medal qazanan Rusiyadan sonra ikinci oldular. 















NƏTİCƏLƏR


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss