SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

DÜNYA KUBOKUNUN PÜŞKÜ ATILDI. ELTACIN BƏXTİ GƏTİRMƏDİ.

Sentyabrın 9-da Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunun püşkü atılıb.

Chess.az xəbər verir ki ,128 şahmatçının qatılacağı bu mötəbər yarışda ölkəmizi beş şahmatçı təmsil edəcək. Bunlar Şəhriyar Məmmədyarov ,Teymur Rəcəbov ,Arkadiy Naydiç ,Eltac Səfərli və Nicat Abbasovdur. Qeyd edək ki ,Dünya Kubokunun iki finalçısı 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə birbaşa iştirak etmək hüququnu qazanacaqlar. 

Artıq təmsilçilərimizin 1/64 final mərhələsində qarşılaşacaqları rəqiblər də məlumdur.İlk baxışdan birinci mərhələdə təmsilçilərimizə elə də çətin rəqiblərin düşmədiyi görünür. Təkcə Eltac Səfərlinin püşkdə bəxti gətirmədiyini söyləmək olar. Eltacın ilk mərhələdəki rəqibi ,perspektivli amerikalı şahmatçı Sem Şenkland olacaq.

1/64

7.GM.ŞƏHRİYAR MƏMMƏDYAROV -İM. ANTENAİNA RAKOTOMAHARO (MADAQASAKAR)

10.GM.TEYMUR RƏCƏBOV - GM.XELQİ DAM ZİSKA (FARER ADALARI)

26.GM.SEM ŞENKLAND (ABŞ) - GM.ELTAC SƏFƏRLİ 

45.GM.ARKADİY NAYDİÇ -GM.NİKLAS HAŞENBET (ALMANİYA)

57.GM.KAÇPER PİRUN (POLŞA)- GM.NİCAT ABBASOV


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss