SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

ÜÇ ZİRVƏDƏN BİRİ QALDI

Sent-Luisdə başa çatmış "Grand Chess Tour 2019"-un dördüncü mərhələsindən sonra ,şahmat dünyasının gündəmini  Maqnus Karlsenin tarixi enişi zəbt edib. 

Chess.az xəbər verir ki, dünən başa çatmış Rapid və Blitz üzrə qarışıq turnirindən sonra , uzun illərdir ki ,şahmatın bütün növləri üzrə Dünyada birinci olan norveçli Maqnus Karlsen birdən birə iki növdə (Rapid və Blitzdə) zirvəni əldən verdi. Əvvəlcə fransalı Maksim Vaşye-Laqraf, Rapid-də Karlsenin zəif çıxışından istifadə edərək canlı reytinq sıralamasında planetin ən güclüsü olan Karlseni arxada qoydu. Maqnus Karlsenin inamsız çıxışı Blitz yarışında davam etdi. Blitz-də Maqnusun enişindən istifadə edən amerikalı Hikaru Nakamura zirvəyə yerləşdi. Beləliklə, Sent-Luis turnirindən sonra Maqnus Karlsen şahmatın rəsmi üç növündən yalnız birində (klassik kontrollu şahmat) dünya birincisi olaraq qaldı. Karlsenin okeanın o tayında keçirilən turnirdə 6-cı yer tutması və şahmatın iki növündə zirvəni əldən verməsi Maqnusun çox ciddi qara zolağa düşdüyundən xəbər verir. 

Xatıraldaq ki, buna qədər Maksim Vaşye-Laqraf Karlseni Blitzdə də taxtdan salmağı bacarmışdı. 2019-cu il ərzində iki dəfə Blitz üzrə Dünya birincisi ünvanını qazanan Maksim ,Parisdə keçirilən "GCT 2019" üçüncü mərhələsində Blitz yarışında zəif çıxış edərək zirvəni Maqnusa qaytarmalı olmuşdur. Amma Maqnus da zirvədə çox qalmadı və Dünya birincisi ünvanını Xikaru Nakamuraya təhvil verməli oldu. 



































© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss