SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

MƏMMƏDYAROV MƏRHƏLƏNİ MƏĞLUBİYYƏTSİZ BAŞA VURDU

ABŞ-ın şahmat paytaxtı hesab olunan Sent-Luis şəhərində böyük şahmat  bayramı başa çatmaq üzrədir.  

Chess.az xəbər verir ki , Sent-Luisdə "Grand Chess Tour 2019"  seriyasının ikinci klassik kontrollu , ümumilikdə isə beşinci mərhələnin oyunları başa çatdı. Bu yarışı digərlərindən fərqləndirən cəhət isə ondan ibarətdir ki ,"Sinkfild Kuboku" adlanan yarışda hazırda dünya şahmat sıralamasının ilk doqquz şahmatçısının hamısının  bir arada mübarizə aparması idi.  Təmsilçimiz Şəhriyar Məmmədyarov turnirdə tarixi nəticə göstərdi. Adətən çılğın oyun üslubu ilə seçilən və yalnız qələbəyə oynayan Şəhriyar ,bu dəfə kçirdiyi 11 oyunun hamısı bərabərliklə nəticələndi. 11 oyundan 5.5 xal toplayan Məmmədyarov ,yarış cədvəlində Fabiano Karuana,Yan Nepomnyaşiy və Aniş giri ilə birlikdə  5-8-ci sıraları bölüşüb. Bitr çox şahmatçı üçün yarış başa çatsa da ,dünya çempionu Maqnus Karlsen və Şəhriyarın son turdakı rəqibib olmuş çinli Dinq Liren üçün yarış hələ də davam edir. Hərəyə 6.5 xal toplayan Karlısen və Liren bu gün yarışın qalibini müəyyənləşdirmək üçün tay-brek oynayacaqlar.   


Xatırladaq ki ,seriyanın başa çatmış dörd mərhələsindən sonra ,norveçli Dünya çempionu Maqnus Karlsen ümumi hesdabda turnir cədvəlinə liderlik edir. Şəhriar Məmmədyarov isə ,təəsüf ki ,seriyanın ümumi heasabında sonuncu pilləsində qərarlaşıb. 


CANLI YAYIM :


"Sinkfild Kuboku" İştirakçılar :


1.MAQNUS KARLSEN   (NORVEÇ)

2.FABİANO KARUANA (ABŞ)

3.DİNQ LİREN (ÇİN)

4.ANİŞ QİRİ (HOLLANDİYA)

5.MAKSİM VAŞYE-LAQRAF (FRANSA)

6.VESLİ SO (ABŞ)

7.YAN NEPOMNYAŞİY (RUSSİYA)

8.LEVON ARONYAN (ERMƏNİSTAN)

9.ŞƏHRİYAR MƏMMƏDYAROV (AZƏRBAYCAN)

10.VİŞİ ANAND (HİNDİSTAN)

11.SERGEY KARYAKİN (RUSSİYA)

12.HİKARU NAKAMURA (ABŞ)

---------------------------------------

1.Abidjan (FDŞ)  - 6-13 may (Rapid və Blitz)

2.Zaqreb (Xorvatiya)  - 24 iyun-9 iyul (Klassik)

3.Paris (Fransa) - 27 iyul - 2 avqust   (Rapid və Blitz)

4.Sent Luis (ABŞ) - 8 - 15 avqust      (Rapid və Blitz)

5. Sent Luis (ABŞ)     -16 - 30 avqust     (Klassik)

6.Buxarest (Rumıniya) - 4 - 11 noyabr    (Rapid və Blitz)

7.Kalkutta (Hindistan) - 20 -27 noyabr  (Rapid və Blitz)

8.London (Böyük Britaniya)     - 30 noyabr - 10 dekabr . Final




© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss