SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Sergey Şıpov : "Yaşı 30-dan az ,20-dən çoxdur" (MÜSAHİBƏ)

Sentyabrın 9-da Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək şahmat üzrə Dünya Kubokuna hazırlıq prossesi yekunlaşmaq üzrədir. 

Turnirin rəsmi internet saytı ,Dünya kubokunu şərh edəcək məşhur rusiyalı şahmat şərhçisi qrossmeyster Serqey Şıpovdan olduqca maraqlı müsahibə alıb. 

Müsahibəni olduğu kimi sizlərə təqdim edirik.


- Siz dəfələrlə Xantı-Mansiyskdən yayım etmisiniz. "Xantı-Mansiysk Rusiyanın şahmat paytaxtıdır" qeyri rəsmi deyimlə razısınızmı? 

– Təbii ki! Mən özüm də tez tez  yayımlarımda Xantı-Mansiysk şəhərinin nəinki Rusiya , Beynəlxalq şahmat mərkəzi adlandırıram. Dünyada Yuqranın paytaxtından başqa belə bir şəhər yoxdur ki ,orada bu qədər beynəlxalq yarış keçirilsin. Əvvələr Elista fərqlənirdi ,sonradan isə , Elistanın yerini məhz Xantı-Mansiysk tutdu. Reqion rəhbərliyinin şahmata uzun illərdi davam edən bu marağı izləmək çox xoşdur. Şahmatçılar da artıq buraları yaxşı tanıyır və burada bizim çoxlu dostlarımız var. 

– Ekspertlər qeyd edir ki ,Dünya Kuboku çox gərgin yarışdı. Burada favoritlər hər an mübarizədən kənarda qala bilərlər. Dünya Kubokunun oyunlarını şərh etmək daha maraqlı olur , yoxsa?

– Ümumiyyətlə nokaut sistemi ən emosional turnir sistemidir. Oyunlar çox gərgin keçir. Buraxılan bir səhv və turnir sənin üçün bitdi. Məhz buna görə də Dünya Kubokunda oyunlar daha gərgin və maraqlı keçir. Şərhçi kimi isə ,mən tamaşaçılara oyunlarda olan atmosferi çatdırmağa çalışıram və löhfə üzərində yaranmış vəziyyətləri anlatmalıyam.  Mən bütün oyunları oyunçularla birlikdə yaşayıram. Onlar qədər həm sevinirəm həm üzülürəm.Dünya kubokunun ilk turlarını şərh etmək çox çətin olur. O qədər güclü və adlı-sanlı şahmatçı var ki ,bilmirəm hansılardan başlayım. Amma sonradan oyunlar azalır və oyunları daha dərindən izləyib ,analiz etmək imkanı yaranır. Bu da yayımı şahmat sevərlər üçün daha maraqlı edir. Ona görə də düşünürəm ki ,saatlarla davam edəcək yayımlarda darıxmayacam və danışmaq üçün çoxlu mövzularım olacaq. 

– Hazırlığınız haqqında danışaq . Tutaq ki ,Dünya kuboku sabah başlayır. Sizi ilk yayım ərəfəsində nələr edəcəksiz?

– Həmişəki kimi. Avadanlıqların və komandamla olan komunikasiyaların yoxlanılması. Mən sadəcə bu qrupun rəhbəri və görünən tərəfiyəm. Əslinə isə ,mənimlə böyük bir mütəxəssis komandası çalışır. Və bu elə də asan iş deyil. Bundan əlavə ,turnir qabağı özümü gümrah hiss etməliyəm. Məhz buna görə də turnirlərdən əvvəl dincəlib yaxşı yatmağa çalışıram. 


Şahmata sevgi bütün yaraları sağaldır.

– Başqa idman növlərində olan şərhçilər adətən deyirlər ki  ,"biz turniri keçdik və finalda maksimuma çatırıq". Bu sizə də aiddir?

– Yox ,yox. Mən enerjimi belə paylaşdırırıram ki ,hər gün öz maksimuma çata bilim. Sonra isə mütləq dincəlməliyəm. Əslində çox yorğun oluram ,amma şahmat döyüşlərini izləmək çox sevirəm və buna görə də ayaqda dura bilirəm. Şahmata sevgi bütün yaraları sağaldır. 

– Sizin yayımlarınızda improvizasiya-hazırlıq nisbəti neçə faizdir ?

- 90% improvizasiya ,10% hazırlıq. Mənim yayımlarım o qədər uzun olur ki ,əvvəlcədən bu qədər məlumat hazırlamaq mümkün deyil. 

- Bu gün hətta Rusiyanın federal kanalları da şahmata marağ göstərirlər. Sizə elə gəlmir ki ,mütəxəssislər xalq üçün daha başa düşülən dildə danışmağa başalasalar daha yaxşı olar?

- Hər medalın iki tərəfi var. Qərək orta bir şey tapasan. Qrossmeyster kimi mən daha dərin və çətin mövzular ətrafında müzakirələr aparmalıyam. Arada isə lirik cümlələrlə danışdıqlarımı daha başa düşülən dildə ifadə edirəm. Onminlərlə insan yayımlarımı izləyir və mən çalışıram hamının başa düşdüyü tərzdə şərh edib. Bütün şərhşçilərin öz strateqiyası var. Mənim də həmçinin. 


Deməzdim ki ,həzz alıram


– Siz bir qrossmeyster kimi yayım zamanı şahmatçıların səhvini görəndə həzz alırısız? Siz görürsüz amma o yox. 

–Mən mütəmadi olaraq özümdən daha təcrübəsiz və ya yorğun şahmatçıların partiyalarını şərh edirəm. Bundan əlavə,hamıya məlumdur ki ,kənardan hər şey daha rahat görünür. Bu faktdır. Deməzdim ki ,həzz alıram. Çünki bəzən onların bu səhvləri adamı düşündürür.Amma təbii ki ,arada özüm oyunçudan əvvəl hər hansı bir uduş kombinasiyası görəndə həzz alıram. 

– Dünya Kubokunda Rusiyanı 20-dən artıq şahmatçı təmsil edəcək.  Sizcə onlardan heç olmasa biri finala qədər irəliləyə bilər ? 

– Təəsüf ki ,kəmiyyət heç də keyfiyyət demək deyil. Dörd yaxşı hazırlaşmış şahmatçı ,qırx mübarizəyə hazır olmayan və iddiasız şahmatçıdan daha yaxşıdır. Ümid edirəm ki , bizim şahmatçılar turnirə ciddi hazırlaşıb ən yüksək yerlər uğrunda mübarizə aparacaqlar. Ad çəkməyəcəm ,amma ən çox gənclərə güvənirəm. O gənclərə ki ,yaşı 30-dan az ,20-dən çoxdur. Məhz onlardan biri həm Dünya Kubokunun sahibi  həm də gələcəkdə Dünya Çempionu ola bilər. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss