SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İvan Sokolov :"Tələsik oynasan əllərini kəsəcəm"

Son vaxtlar möhtəşəm oyunu ilə diqqətləri öz üzərinə çəkməyi bacaran və hətta elitar sayılan 2700-lər klubuna düşməyi bacaran 16 yaşlı İran şahmatçısı Əlirza Firujanın uğur formulu hamıya maraqlıdır. 

Əlirza Firuja 2003-cü ilidə Xəzər dənizinin sahilində yerləşən Babul şəhərində dünyaya göz açıb. Əlirzanın belə bir güclü şahmatçı olmasında mühüm rol oynayan onun İran yığmasında ,sonradan isə şəxsi məşqçisi olan Bosniya əsilli Hollandiyalı qrossmeyster İvan Sokolov gənc şahmatçı və ümumiyyətlə İran şahmatı haqqında maraqlı müsahibə verib.


Onun timsalında gənc Anandı gördüm.


- Neçə müddətdir ki ,İran yığması ilə çalışmısızı?

–Mən İran yığması ilə 2016-cı ildə məşğul olmağa başlamışam. Bizim ilk məşqimiz Bakıda keçirilən Şahmat Olimpiadasından bir neçə gün öncə olmuşdu. Mən onlarla Bakıya getdim və sonra hər şey davam etdi. Mən tez-tez İrana gedib gəlirdim. İranda olmayanda isə ,yığma üzvləri ilə Skayp vasitəsilə daimi ünsiyyətdə olurdum. Yani məşqlərə ara vermirik.

– Deyirlər ki ,Əlirza Firuja sizin tapıntımızdır? 

– Tam belə deməzdim. Əlirza çox gənc və güclü şahmatçıdır. Mən sadəcə Federasiya rəsmilərinə onun potensialına diqqət yetirmələrini xahiş etdim. Başa saldım ki ,onun Dünya çempionu olmağa potensialı var. Onlara onu da bildirdim ki ,bu potensial qalıcı deyil. Yani nə qədər gəncdi ona dəstək olub inkişaf etdirmək lazımdır. Ona görə də mən federasiyaya İran hökümətinə müraciət etmələrini , Əlirza üçün xüsusi dövlət dəstəyinin göstərilməsini məsləhət gördüm. Misal kimi isə , Hollandiyada Aniş Giriyə göstərilən dövlət dəstəyi modelini göstərdim. Bu şansı qaçırmaq olmazdı. Yaxşı ki ,biraz gec olsa da ,sonda mənim məsləhətlərimə qulaq asan oldu. Onun ən böyük potensialı var. Yaşına görə çox böyük uğurlara imza atıb.

– Nəyə görə düşünürsünüz ki ,Firuja Dünya çempionu ola bilər. Onun qeyri adiliyi nədədir?

– Mən onun timsalında gənc Anandı görürəmm. Biz Anandla eyni vaxtlarda oynamışıq. Və mən tam əminliklə deyə bilərəm ki ,indiki Firuja o vaxtki 14-15 yaşlı Ananda inanılmaz dərəcədə bənzəyir. 


-Nə mənada ?

– O çox tez düşünür. Düzdür ,bəzən bu onun əlehinə işləyir. Amma Anand da belə idi. 14-15 yaşlı Anandın da belə bir problemi var idi. Amma həm Anand həm Firujada başqa şahmatçılarda olmayan istedad var. O da hesablamaq sürəti. Tələsik qərarlar versələr də ,hesablamaq sürətləri çox yüksəkdir. Məhz buna görə inanıram ki ,Firujanın Dünya Çempionu olmaq üçün tam potensialı var.

– Son vaxtlar Firuja daha təmkinli görsənir. 

– Təbii ki. Əlirza öz üzərində işləyir. Məhz bunun nəticəsidir ki ,o artıq 2700-lər klubuna daxil olmağı bacarıb. İnandırım sizi ,ona bir dəfə demişdim ki ,tələsik oynasan əllərini kəsəcəm (gülür). 

-Deməli Əlirza gedişi görən kimi oynayır?

-Beli. Onun beyni ilə əllərin əlaqəsi anidir. 

-Digər iranlı şahmatçı Parham Maqsudlu da gəncdir. O Firujadan cəmi 3 yaş böyükdür. 3 yaş fərqi o qədər önəmlidir şahmatda? 

-Məncə əvvəlki dövrə baxanda bu gün 3 yaş çox böyük fərq sayılır. İndi informasiya daha tez yayılır ,hamının kompüteri var və şahmatçıların daha tez inkişaf etmək imnkanları var. Yani təsəvvür edin ki ,üç il nə boyda üstünlük deməkdir.

Maqsudluya gəlincə ,2016-cı ildə mən onu ilk dəfə görəndə onun təxminən 2400 ELO reytinqi var idi. İranda keçirilən bir turnirdə hansısa çinli şahmatçı ilə oynayırdı. Maqsudlu belə bir vəziyətə düşmüşdür ki ,bəlkə də ancaq ən güclü kompyüter proqramı heç-heçə edə bilərdi o vəziyyətdə. Adətən adamlar belə vəziyətlərdə  sadəcə təslim olurlar. Çünki orada dalbadal bir neçə dəqiq taktiki gediş etmək lazım idi və o gedişləri tapmaq çox çətin məsələ idi. Amma Parham bunu bacardı. Nəinki heç-heçə ,o oyunda qalib gəlməyi belə bacardı. Oyun zamanı biz Dreevlə bir yerdə oturmuşduq və Maqsudlunun etdikləri bizi ikimiz də şoka salmışdır. Oturub bir birimizin üzünə baxırdıq. Maqsudlunu çox qeyri adi oyun stili var. 

-Hazırda İranda üç şahmatçı digərlərindən seçilir. Əlirza Firuja, Parham Maqsudlu və Amin Tabatabai. Bunlardan başqa kimsə var?

- Bu gün dediyiniz bu üç şahmatçı digərlərində çox güclüdürlər. Mən hətta federasiyaya bunlar üçün ayrı ayrılıqda üç proqram hazırlamaq təklifini vermişəm. Çünki bunlar üçü də əla oynayır. İndi mən deyirəm ki ,Firujada dünya çempionu olmaq potensialını görürəm amma bəlkə də yanılıram. Amin və Parham da Dünya çempionu ola bilər. Ona görə də bunların hər üçünə xüsusi diqqət yetirmək lazımdır. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss