SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ş.Məmmədyarov :"Mən futbolda Hollandiya yığması kimiyəm......."

Dünya Kubokunda həmyerlisi Teymur Rəcəbova məğlub olaraq çıxışını dayandıran Şəhriyar Məmmədyarov ,sosial şəbəkələrdə yarışdakı çıxışını və gələcək planlarını şərh edib. 

Chess.az xəbər verir ki , dünən baş tutan Dünya Kubokunun 1/8 mərhələsinin tay-brekində Teymur Rəcəbova qarşı oynadığı partiyada böyük üstünlüyə malik olan Məmmədyarov ,38-ci gedişdə buraxdığı kobud səhv nəticəsində gələbəni əldən verərək turnirdəki mübarizəni dayandırdı. Məmmədyarov dünənki qarşılaşma və ümumiyyətlə turnir barədə bunları deyib:"Təşəkkürlər dəstəyinizə görə. Bu gün GxH7 gedişinin əbvəzinə H6 oynasaydım udurdum əlbəttə. Əsas odur ki ,gözəl şanslarım var idi ,amma isitifadə edə bilmədim. Amma tale və qismətimdən şikayətçi deyiləm çünki mənə şans verilmişdir. Teymura növbəti mərhələdə çoxlu uğurlar arzu edirəm. İnanıram ki ,Kuboka uğurla davam edəcək. Özümə isə ,gələcək yarışlarda daha diqqətli olmağı arzu edirəm. Sevinirəm ki ,artıq sabah ailəmin ,böyümüş oğlumun yanında olacam. Çempion olmaq bizim qismətimizdə var. Bu gün olmasa da ,sabah olacaq ! Hamıya təşəkkür edirəm. Yaxşı ki ,varsız. İnşallah gözəı geri dönüş olacaq". 

Bu paylaşımı ilə azarkeşlərdən möhtəşəm dəstək alan Məmmədyarov şərh bölümündə fikirlərinin belə davam etdiridi :"Mən futbolda Hollandiya yığması kimiyəm. Gözəl oynayıb ,məğlub oldum. Hər şey yaxşıdır. Sadəcə çox gözəl oynamışdım ,heyif əziyyətə. Qapıda Buffon dayanmışdı".


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss