SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur Rəcəbov :"İddiaçılar turnirinə düşmək kimi məqsədim yox idi"

Fransalı şahmatçı Maksim Vaşye-Laqrafa qalib gələrək Dünya Kubokunun finalına və 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa qatılmaq hüququnu qazanan Teymur Rəcəbov turnirin rəsmi internet səhifəsinə olduqca maraqlı açıqlamalar verib. 

Chess.az xəbər verir ki , oyundan sonra jurnalistlərlə söhbətdə Teymur Rəcəbov çox maraqlı açıqlamalar verib : “İndi özümü çox qəribə hiss edirəm. Sevinc hissi isə ,ümumiyətlə yoxdur. Ancaq irəlidə daha dörd partiya oynamaq lazım olduğunu və bəlkə də tay-brek –dəhşətdi. Azacığ sevinc hissi varsa da, o daki, İddiaçılar turnirinə qatılacağımla bağlıdır. Oda ki ,qəribə bir sevincdir. Məncə ,mən ora düşmək elə də istəmirdim. Yəqin ki ,bu mənim partiyalarımdan da hiss olunurdu. Oynamaq həvəsim yox idi. Amma son vaxtlar rəsmi turnirlərə qatılmaq həvəsim artdı. “Qrişyük sistemi” ilə ,maksimum az artıq və maksimum rəsmi turnirlərə qatılmaq. Dünya Çempionu adı uğrunda mübarizəyə qatılmaq üçün. Ötən mərhələdə də şanslarım var idi. Son partiyada el ağ fiqurlarla Rapporta qarşı oynadım amma uda bimədim və İddiaçılar turnirinə qatıla bilmədim. Düşündüm ki ,qismət deyilmiş. Bu gün də ,yenə ağ fiqurlar ,rəqibim isə daha güclü idi. Alınmasaydı ,çox da üzülməzdim. Buradan İddiaçılar turnirinə düşmək kimi məqsədim yox idi. Özü də belə ağır yarışda ,hər bir rapid və ya blitz partiyanın son anlarında hər şeyin həll oluna biləcəyi bir turnirdə”.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss