SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Swiss 2019". Vanq Xao qalib oldu. Nicat 15-ci oldu (Canlı.Yenilənir)

Men adasında keçirilən "Grand Swiss 2019" şahmat superturniri başa çatdı.

Chess.az  xəbər verir ki ,"Grand Swiss 2019"-un sonunda sevinən tərəf Çin şahmatçısı Vanq Xao oldu. 

   Son tura qədər davam edən gərgin mübarizədə Vanq İngiltərə şahmatçısı Devid Houeli məğlub edərək turnirin qalibi oldu. Bu qələbə həmçinin Vanqa  2020-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləck İddiaçılar Turnirində iştirak etmək hüququnu da qazandırdı.

   Turnirdə ikinci yeri son tura qədər vahid lider olan amerikalı Fabiano Karuana ,üçüncü yerin sahibi isə turnirdə möhtəşəm oyun sərgiləyən rusiyalı Kiril Alekseyenko oldular. 

   Turnirə  iştirak şahmatçılarımız son turda İddiaçılıar turnirinə vəsiqə uğrunda mübarizə aparmasalar da ,hər halda bu yarışda gözəl oyunu və nəticələri ilə seçilən Nicat Abbassovun yekun nəticəsi hamını maraqlandırırdı. Həqiqətən də Nicat bu turnirdə möhtəşəm oyun göstərib və özündən söz etdirə bilib. Turnir boyu eks-dünya çempionu Vişvanatan Anand ,dünya çempionu adı uğrunda final oynamış Sergey Karyakin və Boris Qelfand ,reytinq sıralamasının TOP-10-da yer alan erməni Levon Aronyan kimi şahmatçılarla qarşılaşan Nicat ,yarışı məğlubiyyətsiz başa vurmuş azsaylı şahmatçıdan biri oldu və bunun nəticəsi olaraq Abbasov yekun sırlamada 15-ci yerin sahibi oldu. Men adasında keçirilən yarışda uğurlu çıxışı Nicata daha bir tarixi nailiyyətə imza atmasına kömək etdi. Ay ərzində reytinq əmsalını 23 xal artıran Nicat , dünya reytinq sıralamasında 54 pillə irəliləyərək TOP-100-ə daxil olmağı bacardı. Nicat Abbasov hazırda 2655 xalla dünya reytinq sıralamasınını 89-cu pilləsində qərarlaşıb. 

 Digər təmsilçilərimiz Rauf Məmmədov və Eltac Səfərli 5.5 xalla müvafiq olaraq yarışı  69 və 77 ,Vasif Dyrabəyli isə 5 xalla 113-cü pillədə bitiriblər.

  Xatırladaq ki, "Grand Swiss 2019" turnirinin ümumi mükafat fondu 432 500 ABŞ dolları təşkil edirdi. 


YEKUN CƏDVƏL (TOP 30) :










































11-Cİ TUR:
10-CU TUR:

9-CU TUR:
NİCAT ABBASOV -SANAN SİQYUROV (RUSİYA) 1:0
NİLS QRANDELİUS (İSVEÇ) -RAUF MƏMMƏDOV 0.5:0.5
QATA KAMSKİY (ABŞ) -ELTAC SƏFƏRLI 0.5:0.5
PENTALA HARİKRİŞNA (HİNDİSTAN) -VASİF DURABƏYLİ  1:0
8-Cİ TUR:
PAVEL ELYANOV (UKRAYNA)-NİCAT ABBASOV 0.5:0.5
RAUF MƏMMƏDOV-SANTOŞ VİDİT (HİNDİSTAN) 0.5:0.5
ELTAC SƏFƏRLI-FERENS BERKEŞ (MACARISTAN) 0.5:0.5
VASİF DURABƏYLİ-ELİNA DANİELYAN (ERMƏNİSTAN) 1:0
7-Cİ TUR:
ANTON KOROBOV (UKRAYNA)-RAUF MƏMMƏDOV 0.5:0.5
SAMUEL SEVİAN(ABŞ)-ELTAC SƏFƏRLİ 0.5:0.5
NİCAT ABBASOV-İVAN SARİÇ (XORVATİYA) 0.5:0.5
MARİ SEBAQ (FRANSA)-VASİF DURABƏYLİ 0:1

6-CI TUR:
RAUF MƏMMƏDOV-VLADİSLAV ARTEMYEV (RUSİYA) 0.5:0.5
SANDRO MAREKO (ARGENTİNA)-ELTAC SƏFƏRLİ 0.5:0.5
QABRİEL SARQİSSYAN (ERMƏNİSTAN)-NİCAT ABBASOV 0.5:0.5
VASİF DURABƏYLİ-ARİEL ERİNBERQ (İSRAİL) 0:1


5-Cİ TUR:
RAUF MƏMMƏDOV-PETR SVİDLER (RUSİYA) 0.5:0.5
ELTAC SƏFƏRLİ -MAKSİM ÇİQAYEV (RUSİYA)  0.5:0.5
NİCAT ABBASOV-ETYEN BAKROT (FRANSA) 0.5:0.5
ANTON DEMÇENKO (RUSİYA) -VASİF DURABƏYLİ  1:0


4-CÜ TUR:
HİKARU NAKAMURA (ABŞ) -RAUF MƏMMƏDOV  0.5:0.5
YURİY KRİVORUÇKO (UKRAYNA)
-ELTAC SƏFƏRLİ  1:0
MARİ SEBAQ (FRANSA)
 -NİCAT ABBASOV - 0:1
VASİF DURABƏYLİ - MAKSİM RODŞTEYN (İSRAİL) 0.5:0.5

3-CÜ TUR:
ARİEL ERİNBERQ (İSRAİL) -RAUF MƏMMƏDOV  0:1
ELTAC SƏFƏRLİ -PAVEL ELYANOV (UKRAYNA) 0.5:0.5
NİCAT ABBASOV -VİŞİ ANAND (HİNDİSTAN)  0.5:0.5
VALEXO PONS (İSPANİYA)-VASİF DURABƏYLİ 0.5:0.5

2-Cİ TUR:
RAUF MƏMMƏDOV- VANQ XAO (ÇİN) 0:1
ELTAC SƏFƏRLİ -MAKSİM RODŞTEYN (İSRAİL) 1:0
LEVON ARONYAN (ERMƏNİSTAN) -NİCAT ABBASOV 0.5:0.5
VASİF DURABƏYLİ -LE QUANQ LİEM (VYETNAM)  0.5:0.5

1-Cİ TUR:
RAUF MƏMMƏDOV-YOVANKA HUSKA (İNGİLTƏRƏ) 1:0
ANTON KOROBOV (UKRAYNA)-ELTAC SDƏFƏRLİ  0.5:0.5
NİCAT ABBASOV-SERGEY KARYAKİN (RUSİYA)  0.5:0.5
DANİİL DUBOV (RUSİYA)-VASİF DURABƏYLİ  0.5:0.5


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss