SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Prezident və Birinci vitse-prezident Aydını təbrik etdilər

Hindistanın Mumbai şəhərində 14 yaşlı şahmatçılar arasında Dünya Çempionu adını qazanan Aydın Süleymanlıya ünvanlanan təbriklər davam edir.  

Chess.az xəbər verir ki ,ölkəmizin bayrağını ucaldaraq böyük bir qələbə qazanan Aydını Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da təbrik etdilər.
Prezident İlham Əliyevin təbrikində deyilir:
"Əziz Aydın,
Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə vasitəsilə Aydın Süleymanlıya öz təbriklərini çatdırıb. 

Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilən paylaşımda deyilir:
“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram"

  Qeyd edək ki ,son vaxtlar şahmatda qazanılan parlaq qələbələrə ölkə rəhbərliyinin daim diqqətində oldu. Bir neçə gün bundan əvvəl qrossmeysterimiz Teymur Rəcəbovun Rusiyada şahmat üzrə Dünya Kubokundakı qələbəsi də ,prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olmuşdur. 



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss